Son dəqiqə
İran rəhbərliyində fikirlər haçalanır: Ağ Evlə mümkün razılaşma daxili ziddiyyətləri kəskinləşdirib"Sumqayıt" səfərdə qələbəyə sevindiRusiyadan Zelenskinin danışıqlar üçün Bakı təklifinə REAKSİYA - FOTOGöygöldə 62 yaşlı qadın dəm qazından boğulubSahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEORusiyada qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapıldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"
Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"
Siyasət

Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"

Bu gün
16:40
0 baxış
Paylaş:

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açıq məktub ünvanlayıb.

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açıq məktub ünvanlayıb.

Gundem.today AZƏRTAC-a istinadən müraciətin tam mətnini təqdim edir:

"Biz - Azərbaycandan olan bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri Sizin "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, o cümlədən 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə reallıqdan uzaq fikirlərinizi qəbulolunmaz hesab edirik. Təəssüf ki, Bayden-Blinken dövrünün ruhuna uyğun olaraq Nyu-York şəhər meri kimi mandatınızla uzlaşmayan bu siyasi açıqlama ilə milyonlarla insanın hisslərinə toxunmusunuz.

Erməni lobbi qruplarının, Nyu-Yorkdakı bir qrup erməni icmasının birtərəfli məlumatları əsasında Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyiniz fikirləri biz 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvəsində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş sülh prosesinə zidd hesab edirik. Bu, Ermənistanla normallaşma addımlarına qarşıdır. Regiondan, Ermənistan hüdudlarından xeyli kənarda yaşayan erməni diasporunun, o cümlədən ABŞ-dəki erməni diasporunun müəyyən hissəsi sülh səylərinə mane olmağa çalışır. Siz bu açıqlama ilə faktiki olaraq revanşist qüvvələrin destruktiv gündəliyini müdafiə etmisiniz.

Ola bilsin, sizi yanlış məlumatlandırıblar. Bu gün Cənubi Qafqaz ağır, qanlı bir tarixi səhifəni çevirərək sülh, təhlükəsiz birgəyaşayış üçün imkanları, fürsətləri genişləndirir. Hazırda regionda sülh var, biz sizi sülhü dəstəkləməyə çağırırıq. Azərbaycan və Ermənistan xalqlarının tarixində yeni bir dövr açılır. Təəssüf edirik ki, bir qrup erməni diaspor dairələri sülhü deyil, müharibəni dəstəkləyir, ABŞ siyasətçilərini də yanlış istiqamətə doğru yönəldirlər.

İnsan hüquqlarının müdafiəsi və tarixi faciələrin anılması həqiqətən mühüm dəyərə malikdirsə, o zaman Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələr, 1992-ci il Xocalı soyqırımı, işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda və Şərqi Zəngəzurda məhv edilmiş tarixi, dini, mədəni abidələr, urbisid unudulmamalıdır. Bu gün hələ də dinc azərbaycanlılar vaxtilə Qarabağda və Şərqi Zəngəzurda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalara düşərək həyatlarını itirir, əlil olurlar. Yüz minlərlə azərbaycanlı onilliklər boyunca fundamental hüquqlardan - təhlükəsizlik, mülkiyyət və doğma yurdlarına qayıtmaq hüququndan məhrum şəkildə yaşamalı olub.

Biz hesab edirik ki, sizin kimi nüfuzlu vəzifə sahibinin açıqlamaları yalnız bir tərəfin mövqeyinə əsaslanmamalı, əksinə, reallıqları əhatə etməlidir. Təəssüf ki, açıqlamanızda yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyi və uzun illər davam edən əziyyətləri qeyd olunmayıb. İnanırıq ki, məlumatların daha geniş və müstəqil şəkildə nəzərdən keçirilməsi regionda baş verən hadisələrin daha düzgün anlaşılmasına, işğalçı ilə işğala məruz qalanı fərqləndirməyə kömək edəcəkdir.

Biz sizə mövzu ilə bağlı daha geniş məlumat təqdim edə bilərik, sizinlə görüşməyə də hazırıq.

Çox istərdik ki, Nyu-York təkcə uydurma erməni soyqırımı abidələrinin, xatirə lövhələrinin olduğu şəhər kimi tanınmasın. Siz tarixi faciələrə xüsusi diqqət ayıran mer kimi Nyu-Yorkda 1992-ci il Xocalı soyqırımını əks etdirən abidə və ya xatirə lövhəsi ucalda, hər il fevralın 26-da bu memorial üzərinə erməni və azərbaycanlı icmalarının tər güllər düzmələrini təşkil edə bilərsiniz.

Sizin açıqlamalarınızı diqqətlə izləməkdə davam edəcəyik.

İmzalar:

1. Xatirə Vəliyeva - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

2. Vladimir Timoşenko - istefada olan general-mayor, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü

3. Novella Cəfəroğlu - Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri

4. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri

5. Səltənət Qocamanlı - İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

6. Əmir Əliyev - İnsan Hüquqlarının Təşviqi Mərkəzinin sədri

7. Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

8. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

9. Səadət Məmmədova - "Maarifçi Media Mərkəzi" İctimai Birliyinin sədri

10. Rey Qasımov - Azərbaycanda Minadanzərərçəkənlər Assosiasiyasının sədri

11. Hafiz Səfixanov - Minalar Əleyhinə Azərbaycan Kampaniyasının rəhbəri"

12. Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

13. Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

14. Sevinc Əlizadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

15. Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələri

#Siyasət#Azərbaycan_QHT#Nyu-York_meri#Zohran_Mamdani#açıq_məktub#Cənubi_Qafqaz#sülh_prosesi#vətəndaş_cəmiyyəti#Xocalı_faciəsi#regional_təhlükəsizlik#ictimai_müraciət.

Oxşar Xəbərlər

Rusiyadan Zelenskinin danışıqlar üçün Bakı təklifinə REAKSİYA - FOTOSiyasət

Rusiyadan Zelenskinin danışıqlar üçün Bakı təklifinə REAKSİYA - FOTO

"Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda danışıqlara razılıq verə bilər".

Bu gün
17:480
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEOSiyasət

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO

Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.

Bu gün
15:470
Azərbaycan XİN-dən Nyu-York merinin "erməni soyqırımı" iddialarına SƏRT CAVAB - FOTOSiyasət

Azərbaycan XİN-dən Nyu-York merinin "erməni soyqırımı" iddialarına SƏRT CAVAB - FOTO

"Nyu-York şəhərinin meri Zohran Mamdani, ictimai şəxslər məsuliyyətli davranmalı, yanlış məlumat yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan əsassız bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər".

Bu gün
14:540
Ukrayna prezidenti: "Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik"Siyasət

Ukrayna prezidenti: "Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik"

"Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq".

Bu gün
14:230