
Azərbaycan və İran xarici işlər nazirləri regional vəziyyəti müzakirə etdilər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.
Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması yönündə səylərin vacibliyini vurğulayıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPA-nın şöbə müdiri: "İşğal dövründə aparılan tikinti işləri qeyri-qanunidir"
"Beynəlxalq hüquqa görə, işğal dövründə işğal olunan ərazilərdə aparılan tikinti işləri qeyri-qanunidir".
SiyasətRəsmi Bakının səbir kasası daşdı: Avropa Parlamenti ilə əlaqələrə son qoyulmasının səbəbləri - FOTO
"Milli Məclis tərəfindən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması səbəbsiz deyil. Bu, rəsmi Bakıya qarşı uzun illərdir davam edən qərəzli siyasətin məntiqi nəticəsidir".
SiyasətPrezidentin köməkçisi: "İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik"
"Birinci Qarabağ Müharibəsi dövründən itkin düşən 4 000-ə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məsələ indiyə qədər açıq qalıb".
SiyasətXarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa şəhərində olublar.