
İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi - Oqtay Əsədovu əvəz edəcək
Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağında qurumun prezidenti seçilib.
Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağında qurumun prezidenti seçilib.
Gundem.today xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bu gün nazirliyin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir həmçinin 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
İclasın gündəliyi təsdiq edildikdən sonra 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib. Hesabat səsvermə yolu ilə təsdiqlənib. Daha sonra "Azərbaycan Tennis Federasiyası" İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.
Ənvər Ənvərli çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. Yığıncaqda çıxış edən federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qarabağ"ın ulduz futbolçusu üçün mövsüm başa çatdı - Əməliyyat olunacaq
Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda zədələnən Joni Montielin vəziyyəti açıqlanıb.
İdman"İmişli" klubu gənc yarımmüdafiəçisi ilə müqaviləni yenilədi
"İmişli" futbol klubu istedadlı oyunçusu İdris İnqilablı ilə müqavilənin müddətini uzadıb.
İdmanTəxirə salınmış derbinin nəticəsi: AFFA "Qarabağ"ı və "Neftçi"ni cərimələdi
Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi - Qarabağ" qarşılaşması ilə bağlı hər iki kluba cəzalar verilib.
İdmanHəftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.