
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı: Pakistanın vasitəçiliyi təqdir olundu
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub.
Gundem.today xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb. Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından əhəmiyyəti vurğulanıb.
Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost və qardaş Pakistanın rolu təqdir olunub.
Nazir Ceyhun Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib.
Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu Ceyhun Bayramov tərəfindən vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPrezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.
Siyasətİlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
SiyasətGəncədə kommunal texnika yığılacaq: Saziş imzalandı - FOTO
Aprelin 7-də Belarusun paytaxtı Minskdə Gəncə Avtomobil Zavodunda MAZ şassisi bazasında 100 ədəd yeni kommunal texnika yığılması haqqında saziş imzalanıb.
SiyasətABŞ-İran razılaşmasının davamlı sülhə çevrilməsinin ŞƏRTLƏRİ - Qalib kimdir?
ABŞ-İran münasibətlərində gərginliyin pik həddə çatdığı bir mərhələdə diqqətçəkən diplomatik gedişatın şahidi olduq. Donald Trampın administrasiyasının İrana qarşı planlaşdırılan hərbi əməliyyatları iki həftəlik dayandırmaq qərarı regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Bu addımın Hörmüz boğazı üzərindən nəqliyyatın təhlükəsiz şəkildə bərpası ilə şərtləndirilməsi isə enerji təhlükəsizliyi və qlobal ticarət baxımından proseslərin nə qədər kritik olduğunu ortaya qoyur.