Son dəqiqə
Bəzi ərazilərə LEYSAN, QAR yağacaq - XƏBƏRDARLIQTramp: "İran daha uranın zənginləşdirilməsi prosesini davam etdirməyəcək"ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilirTramp İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq edəcək - FOTOBakı Metropolitenində yeni təyinat - ÖZƏLÇaykənd Qızılbalıqartırma zavodu yenidən qurulacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Gəncədə kommunal texnika yığılacaq: Saziş imzalandı - FOTO
Gəncədə kommunal texnika yığılacaq: Saziş imzalandı - FOTO
Siyasət

Gəncədə kommunal texnika yığılacaq: Saziş imzalandı - FOTO

Bu gün
14:58
2 baxış
Paylaş:

Aprelin 7-də Belarusun paytaxtı Minskdə Gəncə Avtomobil Zavodunda MAZ şassisi bazasında 100 ədəd yeni kommunal texnika yığılması haqqında saziş imzalanıb.

Aprelin 7-də Belarusun paytaxtı Minskdə Gəncə Avtomobil Zavodunda MAZ şassisi bazasında 100 ədəd yeni kommunal texnika yığılması haqqında saziş imzalanıb.

Gundem.today "Trend"ə istinadla xəbər verir ki, bu saziş Belarus dövlət başçısının Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev və MAZ ASC-nin baş direktoru Valeri İvankoviç imzalayıblar. Kommunal texnika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə yığılır.

Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasında əməkdaşlıq Azərbaycan və Belarus arasında dövlət başçıları İlham Əliyev və Aleksandr Lukaşenko tərəfindən əsası qoyulmuş ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlib.

2 mart 2026-cı il tarixində Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodunun yeni əməkdaşlığı çərçivəsində istehsal olunmuş yeni kommunal texnika Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. Dövlət başçısı tərəfindən verilmiş yüksək qiymət müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinə və yeni müqavilənin bağlanmasına stimul olub.

"Bu gün imzalanan sənəd Azərbaycan və Belarus prezidentləri tərəfindən bizə göstərilən yüksək etimadın təsdiqidir. İstehsal etdiyimiz kommunal texnikanın mart ayında ən yüksək səviyyədə bəyənilməsi yeni - 100 ədəd texnika üzrə müqavilənin icrası zamanı da riayət etməyi planlaşdırdığımız yüksək meyar müəyyən edib.

Belarus istehsalçıları ilə əməkdaşlığımız uğurla və səmərəli şəkildə inkişaf edir. Bu əməkdaşlıq müasir keyfiyyət standartlarına və bazar tələblərinə cavab verən məhsulların istehsalına imkan yaradır", - deyə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev vurğulayıb.

Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində istehsal olunan kommunal texnika Gəncədə hazırlanmış və yığılmış müasir avadanlıqlarla təchiz edilir. Bu texnika respublikanın bütün ərazisində şəhər infrastrukturuna xidmət göstərmək üçün nəzərdə tutulur. Bu layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Gəncə_Avtomobil_Zavodu#MAZ#Minsk_Avtomobil_Zavodu#kommunal_texnika#Azərbaycan_Belarus_əməkdaşlığı#Xanlar_Fətiyev#avtomobil_yığılması#Ekologiya_və_Təbii_Sərvətlər_Nazirliyi#yeni_texnika_istehsalı#sənaye_müqaviləsi.

Oxşar Xəbərlər

İlham Əliyev Məsud Pezeşkiana zəng etdiSiyasət

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Bu gün
15:300
ABŞ-İran razılaşmasının davamlı sülhə çevrilməsinin ŞƏRTLƏRİ - Qalib kimdir?Siyasət

ABŞ-İran razılaşmasının davamlı sülhə çevrilməsinin ŞƏRTLƏRİ - Qalib kimdir?

ABŞ-İran münasibətlərində gərginliyin pik həddə çatdığı bir mərhələdə diqqətçəkən diplomatik gedişatın şahidi olduq. Donald Trampın administrasiyasının İrana qarşı planlaşdırılan hərbi əməliyyatları iki həftəlik dayandırmaq qərarı regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Bu addımın Hörmüz boğazı üzərindən nəqliyyatın təhlükəsiz şəkildə bərpası ilə şərtləndirilməsi isə enerji təhlükəsizliyi və qlobal ticarət baxımından proseslərin nə qədər kritik olduğunu ortaya qoyur.

Bu gün
14:421
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildiSiyasət

Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildi

Prezident İlham Əliyev "Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" 1 may 1995-ci il tarixli sərəncamında dəyişiklik edib.

Bu gün
14:211
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olduSiyasət

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib.

Bu gün
14:132