
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTO
Serbiyanın mədən və energetika naziri ilə görüşdə enerji, yaşıl texnologiyalar, sənaye və digər prioritet sahələrdə əməkdaşlığın inkişafı, SOCAR-la birgə layihələr müzakirə olunub.
Serbiyanın mədən və energetika naziri ilə görüşdə enerji, yaşıl texnologiyalar, sənaye və digər prioritet sahələrdə əməkdaşlığın inkişafı, SOCAR-la birgə layihələr müzakirə olunub.
Gundem.today xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşüblər.
Görüşdə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. İqtisadi münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunub. Bu ilin əvvəlində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu bildirilib. Ölkəmizdə formalaşmış müsbət sərmayə mühiti haqqında məlumat verilib.
Tərəflər enerji, yaşıl texnologiyalar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. SOCAR-la əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatGəncə Beynəlxalq Xəstəxanasının sahibinin üç milyon manat borcu yaranıb
Gəncə Beynəlxalq Xəstəxanasının sahibi "Synergy Medical" MMC külli miqdarda borca düşüb.
İqtisadiyyatİntensiv yağışlar zamanı zərər görənlərə sığorta üzrə nə qədər PUL ÖDƏNİLƏCƏK?
Aprelin 4-6-sı ərzində ölkə ərazisində qeydə alınan intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib.
İqtisadiyyatAzərbaycandan Serbiyaya qaz satışına dair müqavilənin MÜDDƏTİ UZADILDI - FOTO
Bakıda Azərbaycan və Serbiya rəsmiləri arasında keçirilən görüşdə qaz təchizatı, yaşıl enerji və strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İqtisadiyyatİki sərhəd-keçid məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərclənəcək
"Astara" və "Biləsuvar" dövlət sərhəd-keçid məntəqələrində infrastrukturun yenilənməsi, həmçinin binalarda cari və əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.