Son dəqiqə
Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEOMakronun planı suya düşdü: Ermənistandan Türkiyəyə getmək istəyi Bakıdan keçmədiPakistan sülh masasına ev sahibliyi edir: ABŞ və İran arasında həlledici görüşMingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEOMəhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildiAzərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Reklam
  3. Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir - FOTO
Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir - FOTO
Reklam

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir - FOTO

Bu gün
19:00
0 baxış
Paylaş:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə səyləri bu əlaqələrin daha da möhkəmlənməsini və inkişafını şərtləndirən əsas amillərdəndir.

Konfederasiya sədri iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini vurğulayıb.

Görüşdə qonaqlara əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, eləcə də onların müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.

Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Önder Kahveci rəhbərlik etdiyi qurumun dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Önder Kahveci birgə layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətinini qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Reklam#Azərbaycan_Həmkarlar_İttifaqları_Konfederasiyası_(AHİK)