
Pakistan sülh masasına ev sahibliyi edir: ABŞ və İran arasında həlledici görüş
Pakistan gələn həftə ABŞ və İran arasında danışıqların ikinci raunduna ev sahibliyi etməyə hazırlaşır.
Pakistan gələn həftə ABŞ və İran arasında danışıqların ikinci raunduna ev sahibliyi etməyə hazırlaşır.
Gundem.today xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pakistan hökumətindəki mənbələrinə istinadən özünün "X" (keçmiş "Twitter") hesabında məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, İslamabad tərəflərin ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən əvvəl ilkin razılaşma əldə edəcəyinə ümid edir. CNN-in məlumatına əsasən, Trampın Pekinə səfəri mayın 14-15-nə təyin edilib.
Qeyd olunur ki, ABŞ və İran qısa anlaşma memorandumu imzalamağa yaxındırlar. Bu sənəd Yaxın Şərqdəki münaqişənin dayandırılmasını rəsmiləşdirməli və nüvə proqramı üzrə gələcək müzakirələrin çərçivəsini müəyyən etməlidir. Mənbələrin bildirdiyinə görə, Ağ Ev qarşıdakı 48 saat ərzində əsas müddəalarla bağlı İranın cavabını gözləyir. Hələlik yekun sənəd imzalanmasa da, tərəflərin razılığa əvvəlki mərhələlərlə müqayisədə daha çox yaxınlaşdıqları vurğulanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail İrana qarşı əməliyyatlara hazırdır: Yeni hədəflər artıq müəyyənləşdirilib
İsrail hərbçiləri Tehrana qarşı genişmiqyaslı əməliyyatların bərpasına tam hazırdır və İranda vurulacaq hədəflərin siyahısını artıq müəyyənləşdirib.
DünyaBƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladı
"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-i tərk etməsi yalnız kommersiya xarakterli bir addım kimi qiymətləndirilməməlidir".
DünyaKİV: İranın ABŞ-yə vurduğu ziyan açıqlandığından qat-qat çoxdur - FOTO
İran ABŞ-nin hərbi obyektlərinə əvvəllər rəsmi olaraq bəyan ediləndən qat-qat çox zərbə endirib.
DünyaABŞ və İran arasında nüvə razılaşması yaxınlaşır? - "Bir səhifəlik plan"ın DETALLARI
ABŞ və İran uranın zənginləşdirilməsinə 10 ildən artıq müddətə moratorium tətbiq edilməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması imkanlarını müzakirə edirlər.