
Azərbaycana gətirilən təhlükəli arılar fermerlərə satılır - İDDİA - VİDEO
Azərbaycana gətirilən təhlükəli arıların fermerlərə satıldığı iddia olunur.
Azərbaycana gətirilən təhlükəli arıların fermerlərə satıldığı iddia olunur.
Gundem.today xəbər verir ki, zərərçəkən fermerlərin sözlərinə görə, Özbəkistandan Azərbaycana gətirilən təhlükəli arılar bölgələrdə arıçılıqla məşğul olan şəxslərə təklif edilir. Onlar qeyd edirlər ki, əgər bunun qarşısı alınmasa, təsərrüfata çox böyük ziyan dəyəcək.
A post shared by Gundem.today (@oxuaz)
Xatırladaq ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib və onların Tropilaelaps gənəsi ilə yoluxduğu qeyd olunub. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə gənələrin digər ölkələrə keçmə riski yüksəkdir. Bu gənələr arıların sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür.
Qeyd olunub ki, assosiasiya tərəfindən Özbəkistandan Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib.
Sözügedən ölkə illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını müəyyən etdikdən sonra idxala qadağa qoyublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətToy bazarında durğunluq - Bəs qiymətlər necədir? - VİDEO
Ramazan ayı başa çatsa da, restoranlarda toylara tələbat müşahidə olunmur. Halbuki əvvəlki illərdə Ramazan ərəfəsində və orucluq ayından sonra restoran və şadlıq evlərində toy sifarişləri xeyli artırdı.
CəmiyyətElektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma yarana bilər ki, bu da bəzi hallarda avtomobillərin yanmasına səbəb olur.
CəmiyyətAzkvadratlı mənzillərə tələbat ARTIB - Səbəb nədir? - VİDEO
Mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib.
CəmiyyətRegionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO
Bölgələrdə, xüsusilə, kənd yerlərində fərdi yaşayış evlərinin sənədləşdirilməsi hələ də ciddi problem olaraq qalır. Sakinlər evlərinə çıxarış ala bilmədikləri üçün onları qanuni şəkildə rəsmiləşdirə bilmir, nəticədə isə alqı-satqı və mülkiyyət hüququnun ötürülməsi zamanı müxtəlif çətinliklərlə üzləşirlər.