Tramp İranın xahişi ilə enerji obyektlərinə hücumu daha 10 gün müddətinə təxirə saldığını açıqladı
Dünya

Tramp İranın xahişi ilə enerji obyektlərinə hücumu daha 10 gün müddətinə təxirə saldığını açıqladı

İndi
00:48
1 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp İranın enerji sisteminə zərbələrə tətbiq olunan moratoriumu aprelin 6-dək uzadıb.

ABŞ Prezidenti Donald Tramp İranın enerji sisteminə zərbələrə tətbiq olunan moratoriumu aprelin 6-dək uzadıb.

Gundem.today xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edib.

Siyasətçi qeyd edib ki, fasilə İran hökumətinin xahişi ilə uzadılıb.

"Mən enerji stansiyalarının məhv edilməsi planını 10 gün müddətinə - 6 aprel 2026-cı il, Şərq vaxtı ilə saat 20:00-dək dayandırıram", - deyə Tramp yazıb.

O əlavə edib ki, Tehranla danışıqlar çox yaxşı gedir və təmasların dayandırılması barədə yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, martın 23-də Tramp "uğurlu danışıqlardan" sonra İrana qarşı hava zərbələrinin beş gün müddətinə dayandırılacağını açıqlamışdı. Martın 25-də isə Vaşinqton Tehrana 15 maddəlik sülh planı təqdim edib, martın 26-da "Tasnim" agentliyi İranın cavab göndərdiyini bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Donald_Tramp#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İran#ABŞ-İran_danışıqları

Oxşar Xəbərlər