Son dəqiqə
Səbinə Salmanova: "Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur"Starmer fövqəladə toplantı çağırdıİlham Əliyev: "Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq"Prezident: "Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk"Prezident İlham Əliyev: "Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir"Pezeşkian tarixi qərar verdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
İqtisadiyyat

Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib

Bu gün
18:12
0 baxış
Paylaş:

Ölkəyə idxal edilən bəzi yanacaq növləri üzrə aksiz dərəcələri dəyişdirilib.

Ölkəyə idxal edilən bəzi yanacaq növləri üzrə aksiz dərəcələri dəyişdirilib.

Gundem.today xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən verilib.

Qərara əsasən, mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) və dizel yanacağı üzrə aksiz dərəcələri yenilənib. Belə ki, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və oktan ədədi 95-dən az olan benzinlər, eləcə də qurğuşun miqdarı 0,013 q/l-dən çox olan analoji benzinlər üçün aksiz dərəcəsi 1 ton üçün 200 manat müəyyən edilib.

Eyni zamanda, digər qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manat təşkil edir.

Bununla yanaşı, qərara əsasən 2026-cı il mayın 1-dən 2027-ci il martın 31-dək olan dövrdə qeyd olunan yanacaq növləri üzrə aksiz dərəcəsi müvəqqəti olaraq 1 ton üçün 1 manat səviyyəsində tətbiq ediləcək.

Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) həmin dövrdə idxal edəcəyi Aİ-92 markalı benzin və dizel yanacağı üçün yuxarı hədd də müəyyənləşdirilib. Belə ki, idxal həcmi müvafiq olaraq benzin üzrə 205 min ton, dizel yanacağı üzrə isə 201 min ton səviyyəsində müəyyən olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#yanacaq_idxalı#aksiz_dərəcələri#benzin_aksiz_vergisi#dizel_yanacağı#SOCAR#Əli_Əsədov#Nazirlər_Kabineti#Aİ-92_benzin#gömrük_rüsumları

Oxşar Xəbərlər

Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər qaz almağı planlaşdırırİqtisadiyyat

Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər qaz almağı planlaşdırır

Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər təbii qaz almağı nəzərdə tutur.

Bu gün
19:080
Ağdaşda sahibkarlarla görüş keçiriləcəkİqtisadiyyat

Ağdaşda sahibkarlarla görüş keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Ağdaş, Ucar və Göyçay rayonlarından olan sahibkarları qəbul edəcək.

Bu gün
15:240
SOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTOİqtisadiyyat

SOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretski ilə görüşüb.

Bu gün
14:000
İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTOİqtisadiyyat

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib.

Bu gün
13:350