Son dəqiqə
Ötən ay kanalda batan Ramilin meyiti tapıldı"Artemis II" astronavtlarının Yerə eniş edəcəyi ərazi açıqlanıbBakıda iki avtomobil toqquşdu - VİDEOAzərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEOƏfqanıstanda silahlılar parkda ziyarətçilərə atəş açıb: Ölən və yaralananlar varPakistanın baş naziri: "ABŞ və İran arasında danışıqlar aprelin 11-də başlayacaq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Cəmiyyət

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Bu gün
23:12
0 baxış
Paylaş:

Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Gundem.today ATV-yə istinadən xəbər verir ki, kadrlarda danışan şəxsin məhsulu "zəhər" adlandırması və zarafatla "çiyələyin ürəyi tutub" deməsi istehlakçılar arasında ciddi narahatlıq yaradıb.

Cəlilabad rayonunun Privolnoye kəndində çəkilən görüntülərlə bağlı fermer Natiq Bədirov danışıb. O, videonun sadəcə dost-tanış arasında zarafat məqsədilə çəkildiyini iddia edib:

"Məqsədim sırf gülmək olub. Orada istifadə olunan dərmanlar gəmiricilərə və həşəratlara qarşıdır, insana heç bir ziyanı qoxdur".

Digər təsərrüfat sahibləri də istifadə olunan maddələrin bioloji preparatlar olduğunu və insan orqanizmi üçün təhlükə yaratmadığını bildiriblər.

Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov bildirib ki, çiyələyin mövsümdən əvvəl yetişdirilməsi müəyyən risklər daşıyır. Onun sözlərinə görə, həddindən artıq gübrə istifadəsi və ya dozanın düzgün tənzimlənməməsi məhsulda hormonal təsirlər yarada bilər. Ekspert, xüsusilə uşaqların və hamilə qadınların mövsümdənkənar çiyələyi normadan artıq istehlak etməməsini tövsiyə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, sözügedən görüntülər dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Natiq Bədirova məxsus təsərrüfatda monitorinq keçiriblər:

"Təsərrüfatda istifadə olunan preparatlardan və yetişdirilən çiyələkdən nümunələr götürülərək laboratoriya sınaqlarına cəlb olunub. Həmçinin təsərrüfat sahibi ilə maarifləndirici söhbətlər aparılıb".

Laborator analizlərin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda bazarlarda çiyələyin kiloqramı 4-8 manat arasında dəyişir və satışda olan məhsullar əsasən Şəmkir, Cəlilabad və Lənkərandakı istixanalardan gətirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#çiyələk#Mövsümi_meyvələr#Azərbaycan_Qida_Təhlükəsizliyi_Agentliyi_(AQTA)#Qida_təhlükəsizliyi#Fermer_təsərrüfatı#Kimyəvi_maddə#Çiyələk_yığımı#Sağlamlıq

Oxşar Xəbərlər

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEOCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Paytaxtın mərkəzi ərazilərində nəqliyyat vasitələri üçün sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi planlaşdırılır.

Bu gün
22:360
Yükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

Yükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan kütləvi müraciətdə vətəndaşlar bildiriblər ki, "188" yükdaşıma şirkətində çalışan işçilərə artıq aylardır əməkhaqqı ödənilmir.

Bu gün
22:080
ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - VİDEOCəmiyyət

ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və yerli sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu gün
21:540
Kişilərin cəmiyyətdə şok yaradan hərəkəti - VİDEOCəmiyyət

Kişilərin cəmiyyətdə şok yaradan hərəkəti - VİDEO

Azərbaycanda ənənəvi olaraq qadınlar ailə qurduqdan sonra həyat yoldaşlarının soyadını qəbul edirlər. Lakin son illər bu ənənədə müəyyən dəyişikliklər müşahidə olunur.

Bu gün
21:240