
Azərbaycanda hektarlarla ərazini zəbt edənlər şəxslər SAXLANILDILAR - FOTO
Oğuzda qanunsuz ağac kəsən üç nəfər saxlanılıb.
Oğuzda qanunsuz ağac kəsən üç nəfər saxlanılıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı araşdırmalar aparılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.
Keçirilən digər tədbir zamanı isə Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEO
Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Esmanur" uşaq bağçası ilə bağlı müəyyən şikayətlər səsləndirilir.
CəmiyyətBakıda qəza ocağına dönən yollar - "Oradan qanunu pozmadan keçmək çox çətindir" - VİDEO
Baku TV-yə "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında qəza ocaqları və təhlükəsizlik mövzusu müzakirə olunub.
CəmiyyətÜrəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılar
Ötən gün ictimai nəqliyyatda halı pisləşən xəstəni Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri həyata qaytarmışdılar.
CəmiyyətƏhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.