
Azərbaycanda qadın keçmiş sevgilisindən və ailəsindən qəribə şəkildə qisas aldı
Şəmkir rayonunda sevgilisindən ayrılan 33 yaşlı qadın onun ailəsindən qisas alıb.
Şəmkir rayonunda sevgilisindən ayrılan 33 yaşlı qadın onun ailəsindən qisas alıb.
Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 1993-cü il təvəllüdlü Kəmalə (adlar şərtidir) həmkəndlisi Fəridlə sevgi münasibətində olub.
Bir müddət sonra Fərid ailəsinin təkidi ilə başqa bir qadınla evlənib və bu səbəbdən Kəmalə ilə münasibətlərinə son qoyub. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.
Kəmalə Fərid və onun yaxınlarından qisas almaq qərarına gəlib. Bu məqsədlə o, ötən il sentyabrın 29-da günorta saatlarında kənd qəbiristanlığına gedərək Fəridin mərhum atası Mirzənin qəbirdaşına üzərində təhqiredici ifadələr yazılmış karton plakat asıb.
Bununla kifayətlənməyən qadın qəbirdaşına zərər verib, onu qismən dağıdıb və mərmərdən hazırlanmış gülqabını sındırıb.
Faktla bağlı Kəmalə barəsində Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (qəbir üzərində təhqiredici hərəkətlər) ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Fəridi 2018-ci ildən tanıyır və onların münasibətləri 2025-ci ilin iyun ayına qədər davam edib. Onun sözlərinə görə, Fərid 2024-cü ilin fevralında ailə həyatı qursa da, onunla əlaqəni tam kəsməyib.
Kəmalə qeyd edib ki, sonradan Fəridin həyat yoldaşı Günel və anası Sona tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalıb:"Bu barədə dəfələrlə Fəridə məlumat vermişəm", - deyə o bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin mart ayında Fəridin atası vəfat edib. İyun ayının 29-da isə Sona və Günel onu yenidən təhqir ediblər. Kəmalə bildirib ki, bu hadisədən sonra Fəridə zəng edərək polisə müraciət edəcəyini deyib, lakin Fərid onu bundan çəkindirməyə çalışıb.
Kəmalə əlavə edib ki, təhqirlər ona ciddi təsir etdiyi üçün karton üzərində nalayiq ifadələr yazaraq qəbiristanlığa gedib:"Plakatı qəbirdaşına asdım. Daha sonra gülqabını itələdim və sındı. Sonra evə qayıtdım. Daha sonra öyrəndim ki, Fəridin anası mənimlə bağlı polisə müraciət edib".
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib və zərərçəkmişlə barışmağa çalışsa da, buna nail ola bilmədiyini qeyd edib.
Zərərçəkmiş qismində tanınan Sona ifadəsində bildirib ki, Kəmalə ilə eyni kənddə yaşayır və aralarında əvvəlcədən ciddi düşmənçilik olmayıb. Onun sözlərinə görə, oğlu Fəridlə Kəmalənin münasibəti 2024-cü ilin fevralında sona çatıb.
Sona qeyd edib ki, həyat yoldaşı 2025-ci ilin mart ayının 15-də vəfat edib və qısa müddət sonra qəbir üzərində başdaşı qoyulub. Daha sonra qəbir ətrafında baş verən dəyişikliklər səbəbi ilə əraziyə müşahidə kamerası quraşdırılıb.
Onun sözlərinə görə, iyunun 29-da kameradan baxarkən Kəmalənin qəbirdaşına təhqiredici plakat asdığını və iki ədəd gülqabını sındırdığını görüb. Bundan sonra polisə müraciət edib.
Zərərçəkmiş şəxs 2 000 manat maddi, 3 000 manat isə mənəvi zərərin ödənilməsini tələb edib.
Şahid qismində ifadə verən Elmira bildirib ki, bacısı Kəmalə 2018-ci ildə Fəridlə tanış olub və münasibətləri barədə ailə üzvlərinə məlumat verib.
Cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Kəmalə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.
Bundan əlavə, məhkəmə zərərçəkmişin mülki iddiasını qismən təmin edib. Təqsirləndirilən şəxsdən 80 manat maddi ziyan, 400 manat vəkil xərci, 35 manat dövlət rüsumu və 500 manat mənəvi zərər olmaqla, ümumilikdə 1 015 manat məbləğində vəsaitin ödənilməsi qərara alınıb.
Mülki iddianın qalan hissəsi təmin edilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAzərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.
Kriminal"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq
Sosial şəbəkələrdə "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
KriminalTiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədi
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
KriminalTələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.