
Tiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədi
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Gundem.today-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin hakimə və prokurora etiraz etdiyi məlum olub. Bununla bağlı məhkəməyə daxil olan sənəd elan edilib.
Etiraz edən vəkillər isə prosesdə iştirak etməsələr də, sübutların ardıcıllığı ilə sənədlərin tədqiqinə başlanılıb.
Daha sonra zərərçəkənin onlayn formatda məhkəməyə qoşulması ilə hakimə etiraz məsələsi müzakirəyə qoyulub və vəsatət təmin olunmayıb.
Daha sonra Aybəniz Xəlilovanın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Müşavirədən sonra vəsatət təmin edilməyib.
Növbəti proses aprelin 28-nə təyin edilib.
Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAzərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.
Kriminal"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq
Sosial şəbəkələrdə "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
KriminalTələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Kriminalİsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular
İsmayıllı rayonunda quldurluq hadisəsi baş verib.