Son dəqiqə
Uçuşlar azalır, qiymətlər artır: Səyahət planlarını alt-üst edən səbəblər - VİDEOGörkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEOABŞ İrana zərbələri bərpa edəcək? - Tramp AÇIQLADIÖzünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATIBritaniyada terror təhlükəsi səviyyəsi yüksəldildiGediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? - Deputat AÇIQLADI - FOTO
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? - Deputat AÇIQLADI - FOTO
İqtisadiyyat

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? - Deputat AÇIQLADI - FOTO

Bu gün
10:20
0 baxış
Paylaş:

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.

Gundem.today xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqına dair qanun layihələrinin hazırlanması ilə bağlı işlər aparılıb:

"İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların "overtime", yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir.

Yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, yeni qayda qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər.

Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin.

Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Əmək_və_Əhalinin_Sosial_Müdafiəsi_Nazirliyi_(ƏƏSMN)#Vüqar_Bayramov#Maaş

Oxşar Xəbərlər

Beynəlxalq Valyuta Fondu Azərbaycanın strateji valyuta ehtiyatlarına dair proqnoz verdiİqtisadiyyat

Beynəlxalq Valyuta Fondu Azərbaycanın strateji valyuta ehtiyatlarına dair proqnoz verdi

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 90.444 milyard ABŞ dollarına çatacaq.

Bu gün
21:240
ADY-nin yeni mərkəzi tikiləcək - 6 milyon manata yaxın vəsait XƏRCLƏNƏCƏKİqtisadiyyat

ADY-nin yeni mərkəzi tikiləcək - 6 milyon manata yaxın vəsait XƏRCLƏNƏCƏK

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi layihəsi çərçivəsində layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanması" işləri üçün tender elan edib.

Bu gün
15:240
"Kredaqro" MMC cərimələndiİqtisadiyyat

"Kredaqro" MMC cərimələndi

"Kredaqro" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Bu gün
14:200
"Brent" markalı neft bahalaşmaqda davam edirİqtisadiyyat

"Brent" markalı neft bahalaşmaqda davam edir

Qlobal bazarda "Brent" markalı neftin qiyməti 2022-ci ilin martından bəri ilk dəfə bir barel üçün 126 dolları keçib.

Bu gün
10:060