Son dəqiqə
Zubir bu yay "Qarabağ"ı TƏRK EDİR?Günəşdə iki partlayış baş veribÇexiyanın baş naziri: "Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir"Milli Məclis İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı" münasibətilə təbrik edibABŞ-də taksi sürən həkimdən ŞOK ƏMƏL - Xəstənin dalağının əvəzinə qaraciyərini kəsdi - FOTOMoskvada qar rekordu: Nəqliyyatın hərəkəti iflic oldu, uçuşlar təxirə salındı - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycanda terror fəaliyyətində iştiraka görə YENİ CƏZALAR müəyyənləşir
Azərbaycanda terror fəaliyyətində iştiraka görə YENİ CƏZALAR müəyyənləşir
Siyasət

Azərbaycanda terror fəaliyyətində iştiraka görə YENİ CƏZALAR müəyyənləşir

Bu gün
12:26
0 baxış
Paylaş:

Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştiraka görə cəzalar müəyyənləşir.

Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştiraka görə cəzalar müəyyənləşir.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, Cinayət Məcəlləsinin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.

Məcəllənin 214-4.2-ci maddəsində (terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə - yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır - red.) nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar olunmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.

Həmçinin Azərbaycanın iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına dair obyektlərin siyahısı genişlənir.

Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlərinə görə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzaları müəyyənləşir.

Həmçinin eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur.

Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir.

Həmçinin burada da təxribatın hazırlanmasında iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.

Yekunda layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#terrorçuluqla_mübarizə#cinayət_məcəlləsi#yeni_cəzalar#milli_məclis#terror_təşkilatı_yaratmaq#təxribat_əməlləri#azadlıqdan_məhrumetmə#kritik_infrastruktur#süni_intellekt_cinayətləri#qanunvericilik#azərbaycanda_qanun

Oxşar Xəbərlər

Çexiyanın baş naziri: "Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir"Siyasət

Çexiyanın baş naziri: "Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir"

"Bizim milli enerji operatorumuz ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir".

Bu gün
13:480
Milli Məclis İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı" münasibətilə təbrik edibSiyasət

Milli Məclis İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı" münasibətilə təbrik edib

Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib.

Bu gün
13:460
Prezident: "Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir"Siyasət

Prezident: "Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir"

"Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir".

Bu gün
13:160
Andrey Babiş: "Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır"Siyasət

Andrey Babiş: "Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır"

"Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var".

Bu gün
13:060