
Günəşdə iki partlayış baş verib
Aprelin 27-də Günəşdə sondan əvvəlki güc sinfinə aid iki partlayış qeydə alınıb.
Aprelin 27-də Günəşdə sondan əvvəlki güc sinfinə aid iki partlayış qeydə alınıb.
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Aprelin 27-də Moskva vaxtı ilə saat 01:57-də (Bakı vaxtı ilə saat 02:57) 4420 günəş ləkəsi qrupunda (N15W18) rentgen diapazonunda 11 dəqiqə davam edən M6.0 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 09:45-də (Bakı vaxtı ilə saat 10:45) 4425 günəş ləkəsi qrupunda (N08E51) rentgen diapazonunda 23 dəqiqə davam edən M1.1 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Bundan əlavə, qeyd olunub ki, həftəsonu ərzində Günəşdə M sinfindən olan 6 partlayış baş verib.
Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMertsdən Brüsselə sərt ultimatum: Almaniya Aİ-yə qarşı çıxır?
Almaniyanın Kansleri Fridrix Mertsin başçılıq etdiyi siyasi alyansın Avropa İttifaqına (Aİ) xüsusi ultimatum təqdim etməyə hazırlaşdığı üzə çıxıb.
Dünya"Hizbullah" İsraillə birbaşa danışıqlardan və tərksilahdan imtina etdi
"Hizbullah" İsraillə birbaşa danışıqlar ehtimalını tamamilə rədd edir və tərk-silah məsələsini müzakirə etmək niyyətində deyil.
Dünyaİngiltərə millisinin futbolçusu Cek Qriliş barda sərxoş halda yuxuya gedib - VİDEO
"Everton" klubunun və İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Mançester şəhərindəki barların birinin damında yuxuya getmiş halda görüntülənib.
DünyaKİV: Mobil telefon ABŞ Məxfi Xidmət agentini güllədən xilas etdi
Donald Trampa qarşı insident zamanı ABŞ Məxfi Xidmətinin əməkdaşının həyatını mobil telefon xilas edib.