Son dəqiqə
İranda müharibə uzansa, Azərbaycanda ciddi bahalaşma olacaq? - VİDEO"Xərçəngə qalib gəldim, amma xəyanətə uduzdum" - Türkiyəli müğənni Murad Göğebakanın faciəli həyat hekayəsi - VİDEOKİV: "Hizbullah" səhvən Britaniya gəmisini atəşə tutubSərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?Pakistan ordusu Əfqanıstanla sərhəddə hücum cəhdinin qarşısını alıbHərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
İdman

Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq

Bu gün
23:00
0 baxış
Paylaş:

Bakıda boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir.

Bakıda boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir.

Gundem.today xəbər verir ki, yarışın dördüncü günündə kişi boksçular arasında 1/4 final, qadınlarda yarımfinal mərhələsi başa çatıb.

50 kq-da Sübhan Mamedov Şipsi Laçlanla (Avstraliya) üz-üzə gəlib. Dünya çempionumuz hər üç raundu xeyrinə bitirib və 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda Qoqa Topuriya (Gürcüstan) ilə döyüşəcək.

Bu çəkidə Bilalhəbaşi Nəzərov də mərhələ adlayıb. O, komanda yoldaşı Yusif Soltanov üzərində vaxtından əvvəl qələbə qazanıb. Nəzərov finala gedən yolda Sahil Allahverdovi (Gürcüstan) ilə qarşılaşacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) Ümid Rüstəmov 3:2 (29:28, 28:29, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Altınbek Nursultanla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

Eyni çəkidə Məhəmmədəli Qasımzadə Tolqa Kayanı (Türkiyə) mübarizədən kənarlaşdırıb - 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27). O, finala uğrunda Muat Beçeqra (Əlcəzair) 4:1 (30:27, 29:28, 30:27, 27:30, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Tayfur Əliyevlə gücünü yoxlayacaq.

Sərxan Əliyevin (70 kq) rəqibi Oliver Vilson (Avstraliya) döyüşə çıxmayıb. Təmsilçimiz yarımfinalda Refik Kartalla (Türkiyə) qarşılaşacaq.

Beləliklə, kişilər arasında sabah keçiriləcək yarımfinal mərhələsində 19 boksçumuz rinqə çıxacaq. Onlar bu mərhələyə yüksəlməklə özləri üçün azı üçüncü yeri təmin ediblər.

Qadınlardan ibarət millimizin heyətində isə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, Bakı Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən "Böyük İpək Yolu" beynəlxalq turniri aprelin 7-də başa çatacaq. Qadın boksçuların final döyüşləri sabah olacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Azərbaycan_boksçuları#Azərbaycan_Boks_Federasiyası#Böyük_İpək_Yolu

Oxşar Xəbərlər

Türkiyə Superliqası: "Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEOİdman

Türkiyə Superliqası: "Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

Türkiyə Superliqasının 28-ci turunda "Fənərbağça" - "Beşiktaş" matçı baş tutub.

Bu gün
23:160
KİV: Zidan Fransa millisinə rəhbərlik etməyə razı olduİdman

KİV: Zidan Fransa millisinə rəhbərlik etməyə razı oldu

Zinəddin Zidan Fransa yığmasının yeni baş məşqçisi olacaq.

Bu gün
19:424
Xəstəxanaya yerləşdirilmiş Luçeskunun vəziyyəti pisləşibİdman

Xəstəxanaya yerləşdirilmiş Luçeskunun vəziyyəti pisləşib

Rumıniyalı məşqçi Mirça Luçeskunun xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti pisləşib.

Bu gün
18:401
Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 24 medal qazanıblarİdman

Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 24 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunu 24 medalla başa vurublar.

Bu gün
18:060