Son dəqiqə
Rusiyada ilk dəfə qadın biryumurtalı dördəm dünyaya gətiribTürkiyədə Qara dəniz üzərində qeyri-adi bulud müşahidə olunubDağıstanda bir neçə nəfəri sel aparıbNigeriya ordusu kilsədə girov götürülən 31 nəfəri azad edibAprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam" - VİDEOAvtobusların vəziyyəti niyə hələ də qənaətbəxş deyil? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İranda müharibə uzansa, Azərbaycanda ciddi bahalaşma olacaq? - VİDEO
İranda müharibə uzansa, Azərbaycanda ciddi bahalaşma olacaq? - VİDEO
Cəmiyyət

İranda müharibə uzansa, Azərbaycanda ciddi bahalaşma olacaq? - VİDEO

Bu gün
00:32
0 baxış
Paylaş:

İranda müharibənin nə vaxt bitəcəyi ilə bağlı qeyri-müəyyənlik davam etdikcə, neft böhranı daha da dərinləşir. Bu isə onsuz da qorxulu olan proqnozları daha da pisləşdirir.

İranda müharibənin nə vaxt bitəcəyi ilə bağlı qeyri-müəyyənlik davam etdikcə, neft böhranı daha da dərinləşir. Bu isə onsuz da qorxulu olan proqnozları daha da pisləşdirir.

Gundem.today xəbər verir ki, bu barədə İTV-nin videomaterialında bildirilib.

Hazırda Hörmüz boğazı bağlı olduğundan bir sıra məhsulların idxalı dayanıb. Bu boğazdan yalnız yanacaq yox, həyati əhəmiyyətli məhsullar da keçir. Araşdırmalardan məlum olub ki, keçidin bağlı qalması neftlə yanaşı, ərzaq məhsulları daxil olmaqla müxtəlif malların qiymətini artıra bilər. Əslində, neftin bahalaşması neft istehsal edən ölkələr üçün bəlkə də xəzinə mənasına gəlməlidir, çünki bu ölkələrin gəlirləri daha çox artır.

Məsələn, Azərbaycanın dövlət büdcəsində bu il üçün neftin bir barelinin qiymeti 65 dollardan götürülüb. İndi isə neftimiz 140 dollardan baha satılır. Amma Azərbaycan idxaldan asılı ölkə olduğundan, neftin qiymətinin artması müsbət nəsə vəd etmir. Ən azından İranda müharibə davam etdikcə... Ekspertlər deyirlər ki, Hörmüz ətrafında böhran Azərbaycanda bir çox məhsulun bahalaşmasına səbəb olacaq. Bunun qarşısının alınması üçün idxal rüsumlarında güzəştlər təklif edilir.

İqtisadçı Rəşad Həsənov məsələni belə şərh edib: "Azərbaycan gündəlik təxminən 450-500 min barel neft ixrac edən ölkələrdən biridir. Neftin bir barelinin bir dollar bahalaşması Azərbaycan üçün gündə təxminən 450-500 min dollar, aylıq 15 milyon dollar əlavə gəlirə gətirib çıxarır. Neftin qiymətinin 60 dollar bahalaşması gündəlik 30 milyon dollar, aylıq təxminən 900 milyon dollar, illik aspektdə isə 10 milyard dollara qədər əlavə bir gəlir formalaşdıra bilər".

Məlumdur ki, Azərbaycan idxaldan asılı olan ölkədir. Bu da baha ərzaq və yüksək logistika xidmətləri deməkdir:

"Azərbaycana idxal olunan məhsulların qiymətinin artması, eyni zamanda idxal bazarlarının özündə, xüsusilə də İranda yaranmış vəziyyətin fonunda 10 milyon azərbaycanlı bu və ya digər şəkildə bu qiymət artımları ilə artıq üzləşməyə başlayıb", - deyə iqtisadçı qeyd edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycan#İran#İdxal-ixrac_rüsumları#Azərbaycanda_qiymət_artımı#Azərbaycan_Respublikası#Dövlət_büdcəsi_-_2025

Oxşar Xəbərlər

Aprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam" - VİDEOCəmiyyət

Aprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam" - VİDEO

Naxçıvanda Aprel döyüşləri şəhidi mayor Rasim Məmmədovun anım tədbiri keçirilib. Rasim Məmmədov 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Aprelin 5-də isə doğulduğu qəsəbədə dəfn olunub.

Bu gün
02:080
Avtobusların vəziyyəti niyə hələ də qənaətbəxş deyil? - VİDEOCəmiyyət

Avtobusların vəziyyəti niyə hələ də qənaətbəxş deyil? - VİDEO

Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
02:001
FHN: "İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri davam etdirilir" - FOTO - VİDEOCəmiyyət

FHN: "İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri davam etdirilir" - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.

Bu gün
01:422
Sığorta şirkətlərinin "çıxarış" bəhanəsi - 800 mindən çox tikili risk altındadırCəmiyyət

Sığorta şirkətlərinin "çıxarış" bəhanəsi - 800 mindən çox tikili risk altındadır

Son zamanlar Azərbaycanda müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara yol açaraq bir çox yaşayış massivlərində mövcud problemləri daha qabarıq şəkildə üzə çıxardı. Problemin ən ağrılı tərəfi isə zərərin kim tərəfindən qarşılanması məsələsidir. Hazırda Azərbaycanda daşınmaz əmlakın sığortalanması geniş yayılmayıb. Əksər vətəndaşlar evlərini sığorta etdirmir. Nəticədə, sel və ya subasma zamanı zərər birbaşa ailənin üzərinə düşür. Dövlət qurumları isə yalnız müəyyən hallarda və məhdud imkanla

Bu gün
01:361