
Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb
Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə keçirilən "Çempionlar" turnirinin ilk günündə Azərbaycanın beş güləşçisi fəxri kürsüyə yüksəlib.
Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə keçirilən "Çempionlar" turnirinin ilk günündə Azərbaycanın beş güləşçisi fəxri kürsüyə yüksəlib.
Gundem.today bu barədə Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.
Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olub. Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində Roman Kərimov (67 kq) rəqiblərinə şans tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Murad Əliyev bürünc medalı boynundan asıb. Cavidan Nəhmətov (77 kq) isə turniri gümüş medalla başa vurub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropanın yaşıl meydanlarında həyəcan pik həddə - Mövsümün sonunda sevinənlər və üzülənlər kimlər olacaq?
Payız-yaz sistemi ilə keçirilən futbol liqalarında həyəcan pik həddə çatıb. Mövsümün sonlarına doğru çempionluq, avrokubok və elitada mövqeyi qorumaq uğrunda mübarizə daha kəskin xarakterlidir. Bəzi liqalarda müəyyən sualların cavabına böyük ölçüdə aydınlıq gəlsə də, ümumən intriqa qorunur və bir çox taleyüklü məsələlər son turlarda həllini tapacaq.
İdmanQurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı: "Klubun adı "Qarabağ"dırsa, bəzi addımlara göz yuma bilmərik" - VİDEO
"İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim".
İdmanTürkiyə Superliqası: "Qalatasaray" səfərdən qələbə ilə qayıdır - VİDEO
Türkiyə Superliqasının 30-cu turunda "Qalatasaray" evdə "Gənclərbirliyi"nin qonağı olub.
İdmanİtaliya A Seriyası: "Napoli" çempionluq mübarizəsində vacib xallar itirdi
İtaliya A Seriyasının 33-cü turunda "Napoli" klubu "Latsio"nu qəbul edib.