
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı: "Klubun adı "Qarabağ"dırsa, bəzi addımlara göz yuma bilmərik" - VİDEO
"İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim".
"İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim".
Gundem.today xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Sabah"la oyundan sonra keçirilən mətbuat konfransında Elvin Cəfərquliyevin əsas komandadan uzaqlaşdırılması ilə bağlı danışarkən deyib.
"Sevindirici tərəfi odur ki, nə var, onu deyib. Söhbətimiz olmağı, filan... İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağırsın, bu çağırsın, verilişlər və s. çox danışılır. Çempionlar Liqasında turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı.
Bu, "Qarabağ" klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, Çempionlar Liqasında üç oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar, amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik", - deyə baş məşqçi bildirib
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu
Futbol üzrə İspaniya Kubokunun qalibi məlum olub.
İdman"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEO
Futbol üzrə İspaniya Kubokunun qalibi məlum olub.
İdmanAlmaniyada avtomobil yarışı zamanı 66 yaşlı pilot həlak oldu
Almaniyada keçirilən NLS4 seriyası üzrə dörd saatlıq avtomobil yarışı zamanı baş verən qəza nəticəsində 66 yaşlı finlandiyalı pilot Yuha Miettinen həyatını itirib.
İdmanİngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə "Çelsi"ni məğlub etdi
İngiltərə Premyer Liqasının 33-cü turunda "Çelsi" öz meydanında "Mançester Yunayted"i qəbul edib.