Son dəqiqə
General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum olduKeçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? - VİDEOYer kürəsində maqnit fırtınası başlayıbKüveyt hava məkanı ilə bağlı qərarLökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEOTürkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət Məmmədova
Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət Məmmədova
Mədəniyyət

Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət Məmmədova

Bu gün
12:44
0 baxış
Paylaş:

Bu gün Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın anadan olmasından 129 il ötür.

Bu gün Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın anadan olmasından 129 il ötür.

Gundem.today xatırladır ki, Şövkət Həsən qızı Məmmədova 18 aprel 1897-ci ildə Tbilisidə kasıb pinəçi ailəsində dünyaya göz açıb.

Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edib, milyonçu Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.

Şövkət 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova geri qayıtmalı olur. O, təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.

Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməli idi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir. Qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkar Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənir.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olur. Həmin il Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

Şövkət Məmmədovanın təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-25-ci illərdə direktoru olub) açılıb, not nəşriyyatı təsis edilib. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə "Violetta" ("Traviata", C.Verdi) partiyasında çıxış edib, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olub. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirib.

O, Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olub. İki dəfə "Lenin" ordeni, Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilib.

Şövkət Məmmədova 8 iyun 1981-ci ildə Bakıda dünyasını dəyişib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Şövkət_Məmmədova#opera_müğənnisi#Azərbaycan_musiqisi#ilk_qadın_vokalçı#Üzeyir_Hacıbəyov#Hacı_Zeynalabdin_Tağıyev#vokal_sənəti#Milan_musiqi_məktəbi#Kiyev_Konservatoriyası#sənətkar.

Oxşar Xəbərlər

Tarixin səssiz şahidləri - FOTOMədəniyyət

Tarixin səssiz şahidləri - FOTO

18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Bu gün
12:380
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunubMədəniyyət

Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub

Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.

Dünən
20:040
Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEOMədəniyyət

Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEO

"İstedadsız insana kömək etməklə heç nə əldə etmək olmur. Lakin bu gün vəziyyət dəyişdiyi üçün gənclərə münasibət də dəyişib. Mənə elə gəlir ki, bu gün gənclərimiz var ki, onlara dəstək lazımdır, lakin o dəstək yetərincə deyil".

Dünən
11:080
"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıbMədəniyyət

"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.

16 aprel 2026
00:300