Son dəqiqə
Yer kürəsində maqnit fırtınası başlayıbKüveyt hava məkanı ilə bağlı qərarLökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEOTürkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladıLənkəranda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlandıTrampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Tarixin səssiz şahidləri - FOTO
Tarixin səssiz şahidləri - FOTO
Mədəniyyət

Tarixin səssiz şahidləri - FOTO

Bu gün
12:38
0 baxış
Paylaş:

18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Gundem.today xatırladır ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd - insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Araşdırmalar göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir.

Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər" Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala" Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran" Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük işlər həyata keçirirlər.

Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir. 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Beynəlxalq_Abidələr_və_Tarixi_Yerlər_Günü#18_aprel#UNESCO#ICOMOS#tarixi_abidələr#mədəni_irs#İçərişəhər#Qobustan#Azıx_mağarası#turizm#Azərbaycan_tarixi.

Oxşar Xəbərlər

Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət MəmmədovaMədəniyyət

Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət Məmmədova

Bu gün Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın anadan olmasından 129 il ötür.

Bu gün
12:440
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunubMədəniyyət

Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub

Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.

Dünən
20:040
Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEOMədəniyyət

Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEO

"İstedadsız insana kömək etməklə heç nə əldə etmək olmur. Lakin bu gün vəziyyət dəyişdiyi üçün gənclərə münasibət də dəyişib. Mənə elə gəlir ki, bu gün gənclərimiz var ki, onlara dəstək lazımdır, lakin o dəstək yetərincə deyil".

Dünən
11:080
"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıbMədəniyyət

"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.

16 aprel 2026
00:300