
Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" - VİDEO
Son günlər Türkiyədə baş verən hadisə ölkəmizdə də ictimai müzakirələrə səbəb olub. Xüsusilə, azyaşlının törətdiyi ağır cinayətdən sonra valideynlərin məsuliyyətə cəlb olunması məsələsi suallar doğurur.
Son günlər Türkiyədə baş verən hadisə ölkəmizdə də ictimai müzakirələrə səbəb olub. Xüsusilə, azyaşlının törətdiyi ağır cinayətdən sonra valideynlərin məsuliyyətə cəlb olunması məsələsi suallar doğurur.
Xatırladaq ki, ölkəmizdə də məktəblərdə zaman-zaman şagirdlər arasında baş verən arzuolunmaz hadisələr, zorakılıq, aqressiya və təhlükəli davranışlar valideyn nəzarətinin rolu ilə bağlı müzakirələri artırır.
Vətəndaşların bir çoxu yetkinlik yaşına çatmayanların törətdiyi əməllərə görə valideynlərin də qanun qarşısında məsuliyyət daşımalı olduğunu düşünür.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Nəvəmi məktəbə yola salmağa qorxuram. Deyirəm ki, bu gün bir hadisə baş verə bilər", - sakinlərdən biri bildirib.
"Uşaqlar internetdə müxtəlif filmlərə baxırlar. Valideynlər nəzarət etməlidirlər ki, uşaqlar belə məzmunlara həddindən artıq məruz qalmasınlar. Həmçinin ailədaxili münaqişələr də onların aqressiv davranışına təsir edir", - başqa bir sakin qeyd edib.
Bəs Azərbaycanın qanunvericiliyində bu barədə nə deyilir?
Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxslər cinayət törətdikdə onlara cəza təyin edilə və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər:
"Valideynlər isə uşaqlarının vurduğu ziyana görə maddi məsuliyyət daşıyırlar. Onlar yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb etdikləri halda cinayət məsuliyyəti daşıyırlar".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - VİDEO
Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi...
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz kəsiləcək
Paytaxtın iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
CəmiyyətAkademik Zərifə Əliyevanın doğum günüdür
Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
CəmiyyətFermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO
Aprel ayı olmasına baxmayaraq, havaların soyuq və yağışlı keçməsi, bəzi rayonlarda sel və daşqınların baş verməsi məhsuldarlığa da təsirsiz ötüşməyib.