
Nəhəng qarşılaşma gəlir: Fyuri ilə Coşua üz-üzə
Ağır çəkidə keçmiş dünya çempionu, britaniyalı Tayson Fyuri 2026-cı ilin sonunda həmyerlisi, WBO, WBA və IBF çempionu Entoni Coşua ilə döyüşəcək.
Ağır çəkidə keçmiş dünya çempionu, britaniyalı Tayson Fyuri 2026-cı ilin sonunda həmyerlisi, WBO, WBA və IBF çempionu Entoni Coşua ilə döyüşəcək.
Gundem.today xəbər verir ki, bu barədə "The Ring" jurnalisti Mayk Koppincer öz "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Tayson Fyuri və Entoni Coşua döyüşün bu ilin dördüncü rübündə baş tutacağını bəyan ediblər. "Ring Magazine"in "Netflix"dəki məlumatına görə, bu hadisə Britaniya boks tarixinin ən möhtəşəm qarşılaşmalarından biri olacaq", - deyə M.Koppincer yayımladığı videoda bildirib.
37 yaşlı britaniyalı Fürinin hesabında 35 qələbə (24-ü nokautla), iki məğlubiyyət və bir heç-heçə var. O, 2025-ci ildə karyerasını başa vurduğunu elan etsə də, 2026-cı ilin aprelində rinqə qayıdaraq rusiyalı Arslanbek Mahmudovu məğlub edib.
36 yaşlı Coşuanın aktivində isə 29 qələbə və dörd məğlubiyyət var. İyulun 25-də o, albaniyalı Kristian Prenqa ilə döyüş keçirəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİngiltərə Premyer Liqası: "Mançester Yunayted" evdə qələbəyə sevindi
İngiltərə Premyer Liqasında 34-cü turun "Mançester Yunayted" - "Brentford" matçı keçirilib.
İdmanİngiltərə Premyer Liqası: "Mançester Yunayted" evdə qələbəyə sevindi - VİDEO
İngiltərə Premyer Liqasında 34-cü turun "Mançester Yunayted" - "Brentford" matçı keçirilib.
İdmanTedesko "Fənərbağça"nın baş məşqçisi vəzifəsindən qovuldu
Domeniko Tedesko "Fənərbağça" klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
İdmanAvropa çempionu Ali Tsokayev: "Nəticə istədiyim kimi oldu"
Sərbəst güləş üzrə Avropa çempionu Ali Tsokayev (92 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.