
BAEA rəhbəri xəbərdarlıq etdi: Dünyada nüvə fəlakəti riski maksimuma çatıb
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi hazırkı nüvə fəlakəti riskinin soyuq müharibə dövründəki ən kritik həddə bərabər olduğunu vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi hazırkı nüvə fəlakəti riskinin soyuq müharibə dövründəki ən kritik həddə bərabər olduğunu vurğulayıb.
Gundem.today xəbər verir ki, agentliyin sədri bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Müasir nüvə şəraitində daha çox aktorun, daha yüksək riskin mövcudluğu və kifayət qədər şəffaflığın olmaması fonunda qeyri-stabil bir vəziyyətlə üz-üzə qalmışıq", - deyə BAEA rəhbəri qeyd edib.
R.Qrossinin fikrincə, silahlı münaqişələrin yenidən Avropa və Yaxın Şərq regionlarına sıçraması beynəlxalq təhlükəsizlik sistemlərini ciddi sınaq qarşısında qoyub.
O, qlobal ictimaiyyəti Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) icrasına səsləyib və bu sənədi kütləvi qırğın silahlarının inkişafının qarşısının alınmasında ən təsirli mexanizm kimi qiymətləndirib. Eyni zamanda, Qrossi nüvə sahəsindəki elmi və texnoloji nailiyyətlərin yalnız sülh məqsədləri naminə istifadə edilməsinin vacibliyini və bu istiqamətdə inkişafın bəşəriyyət üçün faydalı olduğunu diqqətə çatdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKanada və Ukrayna birgə PUA istehsalına hazırlaşırlar
Kanadanın "Sentinel" və adı açıqlanmayan Ukrayna şirkəti pilotsuz uçuş aparatları (PUA) istehsalı məqsədilə birgə müəssisə qurmağı planlaşdırıblar.
DünyaABŞ-də benzinin qiyməti REKORD HƏDDƏ ÇATDI
ABŞ-də gün ərzində benzin bir qallonunun qiyməti 4.18 dollara (bir litri təxminən 1.1 dollar) yüksələrək 2022-ci ilin avqustundan bəri rekord göstərici olub.
Dünyaİsrail ordusu "Hizbullah"ın yeraltı tunelini və silahlarını məhv edib - VİDEO
İsrail Müdafiə Ordusunun (SAXAL) 146-cı diviziyasının qüvvələri "Hizbullah"a məxsus yeraltı tuneli və çox sayda silah-sursatı məhv edib.
DünyaUkraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı
Ukrayna Ali Radası hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün müddətinə uzadıb.