Son dəqiqə
Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir"Emmanuel Makron PSJ - "Bavariya" matçının hesabını proqnozlaşdırdıYunanıstanda zəlzələ baş verib - FOTOYaşıl enerjinin Azərbaycan modeli: Daha çevik, etibarlı və idarəetmədə liderlik – FOTO"Real Madrid"in futbolçusu əməliyyat olundu - FOTOMüasir dövrün ən məşhur terrorçularından biri adını dəyişdirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar - FOTO
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar - FOTO
Cəmiyyət

"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar - FOTO

Bu gün
17:10
0 baxış
Paylaş:

Aprelin 27-də Pekin şəhərində "Global Media Group"a daxil olan Baku TV telekanalı və "Report" İnformasiya Agentliyi ilə Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Aprelin 27-də Pekin şəhərində "Global Media Group"a daxil olan Baku TV telekanalı və "Report" İnformasiya Agentliyi ilə Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Gundem.today xəbər verir ki, sənədi CCTV+ agentliyinin baş icraçı direktoru xanım Li Xia, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və Baku TV-nin direktoru Ramin Cəfərov imzalayıblar.

Mərasimdə çıxış edən CCTV+ Videoxəbər Agentliyinin sədri və baş redaktoru Qao Vey bildirib ki, bu tərəfdaşlıq iki ölkə arasında media körpüsü rolunu oynayacaq:

"Müasir media qurumları olan Baku TV və "Report" ilə informasiya və təcrübə mübadiləsi hər iki tərəfin xəbər gündəmini zənginləşdirəcək, mühüm tədbirlərin işıqlandırılmasında operativ dəstək təmin edəcək".

Tədbirdə çıxış edən Baku TV-nin direktoru Ramin Cəfərov "Global Media Group"un İdarə Heyətinin sədri Elnur Abdullayevin adından xüsusi olaraq vurğulayıb ki, "Global Media Group"a daxil olan media qurumları ilə Çinin aparıcı media agentliyi arasında imzalanan memorandumun əsas məqsədi tərəfdaşlıq münasibətlərinin qurulması, tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin operativ məlumat mübadiləsi və qarşılıqlı dəstəyin təmin olunmasıdır.

Ramin Cəfərov memorandumun perspektivlərindən bəhs edərkən qeyd edib ki, əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə videoməzmun mübadiləsinin aparılması televiziya məhsullarımızın Asiya regionunda daha geniş yayılmasına və beynəlxalq mövqeyimizin möhkəmlənməsinə xidmət edəcək.

"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev öz növbəsində qlobal informasiya mübadiləsinin önəmini vurğulayıb:

"Çinin aparıcı media qurumu ilə operativ məlumat, foto və videomaterialların paylaşılması oxucularımıza hadisələri daha dolğun mənbədən izləmək imkanı verəcək. Bu addım xarici tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində növbəti uğurdur".

Qeyd edək ki, Çin Mərkəzi Televiziyasının, CCTV-nin tərkibinə daxil olan CCTV+ qlobal media təşkilatlarına xəbər və videoməzmun təqdim edən aparıcı Çin videoxəbər agentliyidir. Qurumun müştəriləri sırasında 130-dan çox ölkə və regionda fəaliyyət göstərən 1 800-dən artıq televiziya kanalı və 1 000-dən çox rəqəmsal media platforması var.

Bu memorandum "Global Media Group"un beynəlxalq əməkdaşlığının genişləndirilməsi strategiyasının davamıdır. Qrupun media resursları tərəfindən 2025-ci ildə Özbəkistan və Qazaxıstanın media qurumları ilə də analoji əməkdaşlıq sənədləri imzalanıb.

"Global Media Group" haqqında:

"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Global_Media_Group#Report_İnformasiya_Agentliyi#Baku_TV#CCTV+

Oxşar Xəbərlər

Qusarda bir qəsəbə və 25 kəndin qazı kəsiləcəkCəmiyyət

Qusarda bir qəsəbə və 25 kəndin qazı kəsiləcək

Sabah saat 10:00-dan etibarən Qusar rayonunun bir hissəsinin qaz təchizatı dayandırılacaq.

Bu gün
18:040
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 28.04.2026Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 28.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
18:020
Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTOCəmiyyət

Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTO

Şirvan şəhərində "Salyan dairəsi" kimi tanınan ərazi sürücülər üçün təhlükə mənbəyinə çevrilib.

Bu gün
18:000
Sürücülərin və digər yol hərəkəti iştirakçılarının NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərlə bağlı QƏRARCəmiyyət

Sürücülərin və digər yol hərəkəti iştirakçılarının NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərlə bağlı QƏRAR

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

Bu gün
17:560