
Bahar Muradova: "Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda aktiv şəkildə iştirak edirlər"
"Qadınların süni intellekt sahəsinə və rəqəmsal inkişafa cəlbi, onların bu proseslərdə birbaşa iştirakı əsas məsələlərdəndir".
"Qadınların süni intellekt sahəsinə və rəqəmsal inkişafa cəlbi, onların bu proseslərdə birbaşa iştirakı əsas məsələlərdəndir".
Gundem.today xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
O deyib ki, bu, qadınların sosial dayanıqlılığını artırır:
"Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda, dayanıqlı kənd təsərrüfatında və su istifadəsində aktiv şəkildə iştirak edirlər. Qadınlar həm rəqəmsal mühitdə, həm də ətraf mühit sahəsində fəaliyyət göstərirlər. Siyasətlərin effektivliyini gücləndirmək isə yalnız nəzəri yanaşmalarla deyil, eyni zamanda, real təcrübələrlə ölçülməlidir".
B.Muradova vurğulayıb ki, qadınların beynəlxalq platformalara cəlb olunma inklüzivliyi artırır:
"AQEM Qadınlar Şurasının yaradılması və mandatının praktik müstəviyə keçirilməsi üzv dövlətlər arasında əhəmiyyət daşıyır. Xüsusi vurğulamaq istəyirəm ki, güclü təşəbbüslər və fəaliyyət planı vasitəsilə artıq uzun müddətdir toplanmış təcrübəni praktikaya çevirmək mümkündür".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBinəqədidə yollar niyə baxımsız qalıb? - VİDEO
Bakı şəhərinin Binəqədi rayonunda qəsəbədaxili yolların yararsız vəziyyətdə olması yerli sakinlərin narazılığına səbəb olub.
CəmiyyətXalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTO
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.
Cəmiyyət"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılışı olub - FOTO
Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
CəmiyyətYazın ortasında qış mənzərəsi – Kəlbəcərdən FOTOREPORTAJ
Aprel ayı olmasına baxmayaraq, Kəlbəcərdə qışın nəfəsi hələ də hiss edilir.