
Bahar Muradova: "Qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil"
"AQEM çərçivəsində ilk dəfə hökumət və parlament nümayəndələri birlikdə təşəbbüs irəli sürürlər, qadın sahibkarlığının inkişafı birgə müzakirə mövzusuna çevrilir".
"AQEM çərçivəsində ilk dəfə hökumət və parlament nümayəndələri birlikdə təşəbbüs irəli sürürlər, qadın sahibkarlığının inkişafı birgə müzakirə mövzusuna çevrilir".
Gundem.today xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 14-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş "Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, qadınların iqtisadi fəaliyyətə cəlb olunması inklüziv və davamlı inkişafın əsas prioritetlərindən biri olmaqla yanaşı, həm də sosial rifahın yüksəldilməsində mühüm rol oynayır:
"Qadınların sahibkarlıq fəaliyyətində aktiv iştirakı yeni iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artmasına və ümumilikdə cəmiyyətin iqtisadi dayanıqlılığının güclənməsinə töhfə verir. Bu baxımdan, qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda, strateji iqtisadi inkişaf prioritetidir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda MEYİT DONORLUĞU: 70-dən çox insana həyat verilib
"Bu günə qədər beyin ölümü keçirmiş 13 donordan 73 orqan və toxuma transplantasiya edilib".
CəmiyyətBahar Muradova: "Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda aktiv şəkildə iştirak edirlər"
"Qadınların süni intellekt sahəsinə və rəqəmsal inkişafa cəlbi, onların bu proseslərdə birbaşa iştirakı əsas məsələlərdəndir".
Cəmiyyət"Ukrayna dairəsi"ndə yerüstü keçiddə PROBLEM yarandı - FOTO
Bakının Xətai rayonunda, "Ukrayna dairəsi" adlanan ərazidəki yerüstü piyada keçidində liftin işləməməsi ciddi problem yaradır.
CəmiyyətŞahin Həsənov yüksək vəzifəyə təyin olundu - FOTO
Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub.