
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir - FOTO
İyunun 6-da Bakıda "Classics & Supercars" festivalı başlayıb.
İyunun 6-da Bakıda "Classics & Supercars" festivalı başlayıb.
Gundem.today xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.
İki gün ərzində Bakı bulvarında klassik, superkar və idman avtomobilləri nümayiş olunacaq.
Sərgidə Azərbaycan Avtomobil Federasiyasının kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunur.
Festivalda sərgilənən klassik avtomobillər 1986-cı ilədək istehsal olunan nəqliyyat vasitələridir. Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini özündə əks etdirən nadir nəqliyyat vasitələridir. Onlar özünəməxsus dizaynı və dövrünün mühəndislik nailiyyətləri ilə seçilirlər. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa edilir və nümayiş olunur. Hər bir klassik avtomobil öz dövrünün tarixini yaşadır.
Festivalda retro avtomobillərlə yanaşı güclü mühərrik və müasir texnologiyalarla seçilən müxtəlif növ idman avtomobilləri və superkarlar da təqdim edilir.
Beləliklə, festivala gələn ziyarətçilər istər yüksək sürəti və innovativ texnologiyaları ilə seçilən müasir avtomobillər, istərsə də öz tarixi və zərifliyi ilə dəyər qazanan retro nəqliyyat vasitələri ilə bir məkanda tanış olmaq imkanı qazanırlar. Avtomobil sənayesinin inkişafını və müxtəlif dövrlərin ruhunu əks etdirən həmin avtomobillərin hər biri özünəməxsus xüsusiyyətləri ilə ziyarətçilərdə maraq yaradır.
Səhər saat 11-də başlayan sərgi iyunun 6-da axşam saat 18:00-dək, iyunun 7-də isə saat 16:00-dək davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSüd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi
2026-cı ilin ilk üç ayında Azərbaycan xaricdən 5 min 858 ton süd və qaymaq alıb. Rəsmi statistikaya görə, bu idxala 10 milyon 386 min ABŞ dolları vəsait sərf olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 35 faiz, dəyər baxımından isə 61 faiz artım deməkdir. Müşahidə olunan artım tempi bu seqmentdə ciddi struktur dəyişikliklərinin baş verdiyini göstərir. Belə olan halda sual yaranır: süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımının səbəbi nədir?
CəmiyyətAeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
CəmiyyətBir gecədə hər şey məhv oldu: Xaçmaz sakini fəryad edir - VİDEO
Aprelin 6-da yağan leysan Xaçmaz rayonunun Qaracəlli kəndində bir sıra fəsadlara yol açıb.
CəmiyyətGöygöldə avtomobillərin hərəkətində yaranan çətinlik aradan qaldırıldı
Göygöl rayonunun Aşıqlı kəndi ərazisinə yağan intensiv yağış nəticəsində torpaq uçqunu baş verib və ağac aşıb. Gəncə-Göygöl-Kəlbəcər avtomobil yolunda yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.