
Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi
2026-cı ilin ilk üç ayında Azərbaycan xaricdən 5 min 858 ton süd və qaymaq alıb. Rəsmi statistikaya görə, bu idxala 10 milyon 386 min ABŞ dolları vəsait sərf olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 35 faiz, dəyər baxımından isə 61 faiz artım deməkdir. Müşahidə olunan artım tempi bu seqmentdə ciddi struktur dəyişikliklərinin baş verdiyini göstərir. Belə olan halda sual yaranır: süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımının səbəbi nədir?
2026-cı ilin ilk üç ayında Azərbaycan xaricdən 5 min 858 ton süd və qaymaq alıb. Rəsmi statistikaya görə, bu idxala 10 milyon 386 min ABŞ dolları vəsait sərf olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 35 faiz, dəyər baxımından isə 61 faiz artım deməkdir. Müşahidə olunan artım tempi bu seqmentdə ciddi struktur dəyişikliklərinin baş verdiyini göstərir. Belə olan halda sual yaranır: süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımının səbəbi nədir?
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Həm idxal, həm də xərc artıb
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımı təkcə qiymətlərin bahalaşması ilə izah oluna bilməz. Onun sözlərinə görə, burada həm idxal həcminin genişlənməsi, həm də xarici bazarlarda baş verən dəyişikliklər mühüm rol oynayır. Belə ki, idxalda təxminən 35 faizlik artım qeydə alınıb ki, bu da daxili istehsalın mövcud potensialına baxmayaraq, tələbatın yerli imkanlar hesabına tam ödənilmədiyini göstərir. Nəticədə bazarda yaranan boşluq idxal hesabına doldurulur.
Ekspert qeyd edir ki, hazırda dünyada müşahidə olunan geosiyasi proseslər də qiymətlərin formalaşmasına birbaşa təsir edir. Enerji resurslarının bahalaşması, nəqliyyat xərclərinin artması və logistika zəncirlərinin uzanması xüsusilə tez xarab olan məhsullar üçün daha ciddi problemlər yaradır. Süd və qaymaq məhsullarının daşınması isə xüsusi "soyuq zəncir" sistemi tələb etdiyindən, bu sahədə xərclər daha yüksək olur. Üstəlik, geosiyasi qeyri-sabitlik dövründə sığorta haqlarının artması da idxalın maya dəyərini yüksəldən amillər sırasındadır. Bu səbəbdən, süd və qaymaq idxal edən bütün ölkələr kimi Azərbaycan da qlobal qiymət artımının təsiri altındadır. Məlumatlara görə, ölkədə bu məhsullar üzrə qiymət artımı təxminən 19,3 faiz təşkil edir.
Premium məhsullara artan maraq
A.Nəsirli diqqətə çatdırır ki, idxal strukturunda da müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, bazarda məhsul çeşidi genişlənib, yeni brendlər ortaya çıxıb və daha yüksək keyfiyyətli, premium seqmentə aid məhsulların idxalı artıb. Bu isə onu göstərir ki, ölkə daxilində daha keyfiyyətli və fərqli məhsullara tələbat formalaşır. Lakin bu tendensiya ümumi idxal dəyərinin yüksəlməsinə də təsir edir.
Ekspertin sözlərinə görə, Azərbaycan uzun illər süd və süd məhsulları üzrə idxalda əsasən daha ucuz mənbələrə, xüsusilə İrana üstünlük verirdi. Lakin son dövrlərdə mövcud geosiyasi və iqtisadi vəziyyət səbəbindən bu istiqamətdə idxal imkanları məhdudlaşıb. Nəticədə, həm ucuz məhsul təklifi azalıb, həm də İrandan gələn məhsulların qiyməti müəyyən qədər yüksəlib. Bu boşluğu doldurmaq üçün alternativ bazarlara yönəlmişik.
Hazırda idxal coğrafiyası daha da genişlənib və Rusiya, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan, eləcə də Avropa ölkələrindən süd və qaymaq məhsulları gətirilir. Lakin bu ölkələrdən idxal olunan məhsulların əhəmiyyətli hissəsi daha yüksək qiymətli seqmentə aid olduğundan, ümumi idxal xərcləri də artır.
Yerli istehsalı zəiflədən amillər
Məsələnin digər tərəfi isə daxili istehsalın niyə bu tələbatı qarşılaya bilməməsi ilə bağlıdır. Ekspertin fikrincə, bu, heyvandarlıq sektorunda mövcud olan sistemli problemlərlə əlaqədardır. Əsas çətinliklərdən biri örüş sahələrinin məhdudlaşmasıdır. Azərbaycanda təxminən 1,5 milyon hektar örüş sahəsinin olduğu bildirilsə də, onun 400 min hektardan çox hissəsi müxtəlif səbəblərlə istifadədən çıxıb və ya başqa təyinatlara yönəldilib. Bu isə heyvandarlığın genişlənməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bununla yanaşı, istehsal xərclərinin artması da fermerlərin fəaliyyətini çətinləşdirir. Ekspert qeyd edir ki, bəzi ölkələrlə müqayisədə Azərbaycanda dizel yanacağının qiyməti yüksəkdir və bu, istehsalın maya dəyərinə birbaşa təsir edir: "Nəzərə alsaq ki, kənd təsərrüfatında xərclərin 30-40 faizi məhz yanacaqla bağlıdır, bu artımın ümumi qiymətlərə təsiri qaçılmaz olur. Digər mühüm məqam isə subsidiyalaşma mexanizmi ilə bağlıdır. Heyvandarlıq sahəsində subsidiyalar məhduddur. Bunun əsas səbəblərindən biri heyvanların qeydiyyat və identifikasiya sisteminin tam formalaşmamasıdır. Mövcud vəziyyətdə heyvanların cəmi 10-15 faizinin rəsmi qeydiyyata alındığı bildirilir ki, bu da subsidiyaların tam və effektiv şəkildə tətbiqini çətinləşdirir".
İstehsal xərclərinin artımı bazarı dəyişir
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, son dövrlərdə yem qiymətlərinin yüksəlməsi süd istehsalının maya dəyərinə birbaşa təsir göstərib. Bu tendensiya xüsusilə qış aylarında daha qabarıq hiss olunub və nəticədə fermer təsərrüfatlarından çıxış qiymətləri ilk dəfə olaraq 98 qəpik-1 manat səviyyəsinə yaxınlaşıb. Südün ilkin satış qiymətində baş verən bu artım emal müəssisələrinin xərclərini yüksəldib və onları alternativ xammal mənbələri axtarmağa sövq edib. Nəticə etibarilə, bir sıra müəssisələr daha sərfəli qiymət və stabil təchizat üçün yaxın xarici bazarlara yönəlib, bu isə
Oxşar Xəbərlər
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərdə qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Cəmiyyət74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
Abşeron rayonunun Məmmədli qəsəbəsində fərdi yaşayış evlərini su basıb. Buna ərazidəki göldə suyun səviyyəsinin qalxması səbəb olub.
Cəmiyyət"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
İyunun 7-də Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib.
CəmiyyətSosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?
"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və