
Bakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı - VİDEO
Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib, ərazidə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olub.
Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib, ərazidə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olub.
Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Land Rover" markalı minik avtomobilinin mühərrik hissəsində baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəLənkəranda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlandı
Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
HadisəQusarda oğul ona araq satmadığına görə anasını döydü
Qusarda oğul arağa görə anasını döyüb.
HadisəBakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
Bakıda özəl xəstəxanada yeni doğulan körpə ölüb.
HadisəPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldü
Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb.