
Lənkəranda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlandı
Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 17-də saat 22:00-da Masallı-Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə yeddi nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin travması, bədənin küt travması, sol bud sümüyünün yuxarı 1/3 yerdəyişən sınığı, sağ baldırın açıq yarası diaqnozları təyin olunub. Yaralılardan bir nəfər Reanimasiya, biri Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir. Hadisə nəticəsində yüngül xəsarətlər alan digər şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər xəsarət alıb.
Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki , hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Girdəni kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, Lənkəran rayonunun Separadi kənd sakini, 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərli idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Vilvan kənd sakini, 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Toyota Prius" digər "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində hər iki sürücü olmaqla yanaşı, Separadi kənd sakinləri - 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Vilvan kənd sakinləri - 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanası Təcili yardım şöbəsinə yerləşdiriliblər, onlara zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan Ramil Məmmədov Reanimasiya şöbəsinə keçirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəQusarda oğul ona araq satmadığına görə anasını döydü
Qusarda oğul arağa görə anasını döyüb.
HadisəBakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
Bakıda özəl xəstəxanada yeni doğulan körpə ölüb.
HadisəPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldü
Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb.
HadisəBakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı - VİDEO
Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib, ərazidə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olub.