
"Bakı Marafonu 2026"nın iştirakçısı: "Bu il də məmnuniyyətlə burada iştirak edirik"
"Hər il olduğu kimi bu il də məmnuniyyətlə burada iştirak edirik".
"Hər il olduğu kimi bu il də məmnuniyyətlə burada iştirak edirik".
Gundem.today xəbər verir ki, bunu "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2026"nın iştirakçısı Xəyyam Nisanov deyib.
O bildirib ki, havanın küləkli olmasına baxmayaraq, yarışa maraq çoxdur:
"Bu gün burada 20 mindən çox insan toplaşıb. Birlikdə küləyə qalib gələcəyik. Hamıya uğurlar arzu edirəm. Finalda görüşərik".
Qeyd edək ki, doqquzuncu dəfə təşkil olunan və "Küləyə qalib gəl" şüarı altında keçirilən yarış ilk dəfə olaraq peşəkar 42 kilometrlik (Full Marathon) məsafədə təşkil edilib.
Builki marafon şəhərin həm tarixi, həm də müasir simasını əhatə edən unikal bir marşrutla yadda qalacaq.
İştirakçılar start xəttini Dövlət Bayrağı Meydanında keçərək, Xəzər sahili boyu, Heydər Əliyev prospekti və digər mərkəzi nöqtələrdən keçməklə, finiş xəttinə - "Sea Breeze" ərazisinə çatacaqlar.
"Bakı Marafonu 2026" təkcə idman yarışı deyil, həm də ölkənin ən böyük əyləncə festivallarından birinə çevriləcək. Start və finiş nöqtələrində qurulacaq fan-zonalarda gün boyu davam edəcək "Qaçmasan da, əyləncəni qaçırtma" konsepti ilə konsert proqramları təqdim olunacaq.
2016-cı ildən təşkil olunan "Bakı Marafonu" ötən müddət ərzində hər dəfə öz kütləviliyi və maraqlı əyləncə proqramı ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Barselona" İspaniya La Liqasında yeni rekord qırdı
"Barselona" 34 turdan sonra toplanan xalların sayına görə İspaniya La Liqasında yeni rekord qırıb.
İdman"Bakı Marafonu 2026" başlayır - FOTO
"Bakı Marafonu 2026" başlayır.
İdman"Bakı Marafonu 2026" başladı - FOTO
"Bakı Marafonu 2026" başlayıb.
İdmanMessinin komandası üç top fərqi ilə öndə olduğu matçda uduzdu
MLS müntəzəm çempionatının növbəti oyununda "İnter Mayami" və "Orlando Siti" komandaları qarşılaşıblar.