
Bakı-Quba avtomobil yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT - FOTO - VİDEO
Bakı-Quba avtomobil yolunda, Ataçay çayı üzərində yerləşən körpüdə təhlükəli vəziyyət yaranıb.
Bakı-Quba avtomobil yolunda, Ataçay çayı üzərində yerləşən körpüdə təhlükəli vəziyyət yaranıb.
Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, körpünün üstündə olan dəmir çıxıntılar sürücülər üçün real təhlükə yaradır. Hərəkət sürətinin saatda 90 km olduğu yolda bu cür dəmir çıxıntıların üzərindən yüksək sürətlə keçən avtomobillərdə təkərin partlama ehtimalı artır ki, bu da qəza riskini yüksəldir.
Gundem.today-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli faktı təsdiqləyib.
"Temperatur şovunda (termoşov) intensiv yağıntılardan sonra problem yaranıb. Baxış keçirilib əraziyə. Nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı ciddi problem yoxdur. Qısa müddət ərzində örtüyün bərpası üçün addımlar atılacaq", - deyə A.Nəcəfli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAbşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında son durum
Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri başa çatmaq üzrədir.
CəmiyyətZaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür: Bəzi kəndlərə texnikalar cəlb olundu
Zaqatala rayonunda Muxaxçay, Talaçay və digər dağ çaylarında sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir.
Cəmiyyət"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ("Papanin") maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib.
CəmiyyətBuraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) dünən keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialara cavab verib.