Son dəqiqə
Qusarda 10-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO - VİDEOAzərbaycan Prezidentinin Gürcüstan səfəri ilə bağlı "Haber Global"da süjet yayımlandı - VİDEOBuraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMAİndoneziyada vulkan qəflətən püskürdü: Sakinlər təxliyəyə çağırıldılar - VIDEORəhim Həsənov təsdiqlədi: Əliyar Ağayev "Turan Tovuz"un iki penaltisini verməyib - VİDEOBakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Buraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMA
Buraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət

Buraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMA

Bu gün
15:44
0 baxış
Paylaş:

Dövlət İmtahan Mərkəzi (DİM) dünən keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialara cavab verib.

Dövlət İmtahan Mərkəzi (DİM) dünən keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialara cavab verib.

Qurumdan Gundem.today-a verilən məlumatda bildirilib ki, ümumi təhsil səviyyəsi üzrə aprelin 5-də keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaq olub.

Vurğulanıb ki, tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir:

"Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda, düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır. Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır", - deyə DİM-dən bildirilib.

Qeyd edək ki, aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dövlət_İmtahan_Mərkəzi#DİM#buraxılış_imtahanı#riyaziyyat_sualı#trapesiya#üçbucaq_bərabərsizliyi#təhsil_xəbərləri#abituriyent#oxşarlıq_nisbəti#açıq_tapşırıqlar#qiymətləndirmə_meyarları#5_aprel_imtahanı.

Oxşar Xəbərlər

Bakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildiCəmiyyət

Bakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi

Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu gün
15:320
Bəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİCəmiyyət

Bəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİ

"Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir".

Bu gün
15:340
Sumqayıtda dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcəkCəmiyyət

Sumqayıtda dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.

Bu gün
15:360
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcəkCəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək

Sərnişin tələbatını təmin etmək məqsədilə 11 və 12 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

Bu gün
15:200