
Bakı-Quba yolunda yük və minik avtomobilləri TOQQUŞDU - FOTO
Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.
Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bu zaman qarşıdan gələn VAZ-21015 markalı avtomobillə toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəLənkəranda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlandı
Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
HadisəQusarda oğul ona araq satmadığına görə anasını döydü
Qusarda oğul arağa görə anasını döyüb.
HadisəBakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
Bakıda özəl xəstəxanada yeni doğulan körpə ölüb.
HadisəPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldü
Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb.