
Bakı turistləri mat qoydu: Alman, hind və türkiyəli qonaqlar nəyə heyran qaldılar? - VİDEO
Tarixin izlərini daşıyan küçələr, qədim memarlıq və turist axını. İçərişəhər keçmişlə bu günü birləşdirən məkanlardan biridir. Paytaxtın qədim hissəsi olan bu ərazi həm yerli, həm də xarici turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır.
Tarixin izlərini daşıyan küçələr, qədim memarlıq və turist axını. İçərişəhər keçmişlə bu günü birləşdirən məkanlardan biridir. Paytaxtın qədim hissəsi olan bu ərazi həm yerli, həm də xarici turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır.
Gundem.today xəbər verir ki, şəhərin qonaqları öz təəssüratlarını AzTV-nin əməkdaşları ilə bölüşüblər.
"Özbəkistandan gəlmişik. Bir həftədir ki, buradayıq. Möhtəşəm şəhərdir. Burada hava Daşkəndlə müqayisədə sərindir. Ümumilikdə isə əlbəttə ki, çox xoşumuza gəlir. Yeməklər çox dadlıdır".
"Mən Hindistandan gəlmişəm. Doqquz gündür buradayam. Şirvanşahlar Sarayını ziyarət etdim, Nizami küçəsində oldum. Bura çox möhtəşəmdir", - deyə digər bir qonaq vurğulayıb.
Onlar ölkəmizin zəngin tarixinə, mədəniyyətinə, mətbəxinə və təmizliyinə hər dəfə heyran olduqlarını bildiriblər.
"Biz Almaniyadan nümayəndə heyəti ilə gəlmişik. Bakıya ilk səfərimizdir. Çox gözəl şəhərdir və düşünürəm ki, tezliklə yenidən bura gələcəyik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətHəftə ərzində gündəm olan məsələlər "Xülasə"də - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətKöhnə mənzillərin bahalaşması niyə səngidi? - Ekspertlərdən açıqlama - VİDEO
Azərbaycanda mənzillərin təkrar bazarında bahalaşma səngiyib. Rəsmi statistikaya görə, 2026-cı ilin birinci rübündə 2025-ci ilin eyni dövrünə nisbətən ilkin mənzil bazarında qiymətlər 13.1 faiz artsa da, təkrar bazarda artım 8.1 faiz təşkil edib.
CəmiyyətPolşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı? - VİDEO
Ölkəmizə turist kimi gələn qadın Azərbaycan vətəndaşı ilə tanış olub.
CəmiyyətPsixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?
Ötən həftə Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident təkcə qardaş ölkədə deyil, bizim cəmiyyətə də şok yaşatdı. Səkkizinci sinif şagirdinin atasına məxsus silahı çantasında gizlədərək məktəbə gətirməsi və dəhlizlərdə qarşısına çıxanlara atəş açmaqla qətliama imza atması ciddi narahatlığa əsas yaratdı.