
Polşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı? - VİDEO
Ölkəmizə turist kimi gələn qadın Azərbaycan vətəndaşı ilə tanış olub.
Ölkəmizə turist kimi gələn qadın Azərbaycan vətəndaşı ilə tanış olub.
Gundem.today Baku TV-yə istinadən xəbər verir ki, iddialara görə, həmin şəxs qadının 25 min dollarını mənimsəyib. Əslən Polşadan olan Olqa Çernovska 2024-cü ildə Azərbaycana istirahət üçün gəldiyi zaman Rəşxan adlı şəxslə tanış olub. Onların arasında münasibət yaranıb. Daha sonra ölkəsinə qayıdan qadın həmin şəxsin istəyi ilə müxtəlif vaxtlarda ona pul göndərib.
"Münasibətimizin davam etdiyi bir il ərzində inamımdan sui-istifadə edərək məndən 25 min ABŞ dolları aldı. Mən Bakıda Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdim. Sonra işi onun yaşadığı Sumqayıtda araşdırmaya verdilər", - deyə zərərçəkən bildirib.
Baku TV ittiham olunan şəxslə əlaqə saxlayıb. Şəxsin açıqlaması isə belə olub:
"Mən ondan borca pul götürmüşəm. Mənimsəmək deyil axı bu. Borcla mənimsəməyin arasında kifayət qədər böyük fərq var. Mən özünə də bildirmişəm ki, bu bizim aramızda olan borcdur. Hissə-hissə qaytarıram. Mənim qohumum var, o da hazırda Polşadadır. Ona pul göndərirəm, o da orada əlbəəl verir".
Hüquqşünas Mircavid Miriyev bildirib ki, bu cür şəxslər planlı şəkildə borc adı ilə xarici vətəndaşları aldadaraq pul istəyirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətHəftə ərzində gündəm olan məsələlər "Xülasə"də - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətBakı turistləri mat qoydu: Alman, hind və türkiyəli qonaqlar nəyə heyran qaldılar? - VİDEO
Tarixin izlərini daşıyan küçələr, qədim memarlıq və turist axını. İçərişəhər keçmişlə bu günü birləşdirən məkanlardan biridir. Paytaxtın qədim hissəsi olan bu ərazi həm yerli, həm də xarici turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır.
CəmiyyətKöhnə mənzillərin bahalaşması niyə səngidi? - Ekspertlərdən açıqlama - VİDEO
Azərbaycanda mənzillərin təkrar bazarında bahalaşma səngiyib. Rəsmi statistikaya görə, 2026-cı ilin birinci rübündə 2025-ci ilin eyni dövrünə nisbətən ilkin mənzil bazarında qiymətlər 13.1 faiz artsa da, təkrar bazarda artım 8.1 faiz təşkil edib.
CəmiyyətPsixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?
Ötən həftə Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident təkcə qardaş ölkədə deyil, bizim cəmiyyətə də şok yaşatdı. Səkkizinci sinif şagirdinin atasına məxsus silahı çantasında gizlədərək məktəbə gətirməsi və dəhlizlərdə qarşısına çıxanlara atəş açmaqla qətliama imza atması ciddi narahatlığa əsas yaratdı.