
Bakı WUF13-ə hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar
Bakı şəhərində nəqliyyatın hərəkəti metro, avtobus, dəmir yolu, hava limanı ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.
Bakı şəhərində nəqliyyatın hərəkəti metro, avtobus, dəmir yolu, hava limanı ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.
Gundem.today xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, metro və avtobuslarda gediş haqqının ödənişi üçün "BakıKart", dəmir yolu səfərləri üçün isə "ADY kart"dan istifadə edilir. Ödənişlər, həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə də həyata keçirilə bilər.
Nəqliyyat vasitələrinin iş qrafiki və xüsusiyyətləri:
Metro: Hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir. "WUF13" məkanına ən yaxın stansiya "Koroğlu"dur.
Dəmir yolu: Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar saat 06:30-dan 23:00-dək işləyir.
H1 Hava Limanı Ekspresi: Hava limanı ilə şəhər mərkəzi arasında 24 saat fasiləsiz nəqliyyat əlaqəsini təmin edir və "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən keçir.
Mikromobillik: Şəhərdə təqribən 50 km uzunluğunda velosiped və skuter zolaqları mövcuddur.
İnklüzivlik: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərir.
"Səfərlərinizi daha rahat planlaşdırmaq üçün "BakıKart", "ADY" və AYNA "MaaS" mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Bu tətbiqlər marşrut seçimləri, yaxınlıqdakı dayanacaqlar, real vaxt rejimində izləmə və balansın artırılması kimi imkanlar təqdim edir", - paylaşımda vurğulanıb.
WUF13 iştirakçıları üçün ictimai nəqliyyat haqqında məlumatBakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur. Metro və avtobuslarda ödəniş üçün “BakıKart”, dəmir yolu… pic.twitter.com/KOe6RBXwaJ
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO
Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar.
CəmiyyətSabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Mayın 3-ü üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb.
CəmiyyətSürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Mayın 3-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
CəmiyyətQidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında mədə xəstəlikləri barədə müzakirə aparılıb.