
"İtkin düşən Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməlidir" - Ermənistan beynəlxalq öhdəliklərə niyə əməl etmir?
"Azərbaycan tərəfindən sülh gündəliyinin müvəffəqiyyətlə həyata keçirilməsi, Cənubi Qafqazda sülhün və təhlükəsizlik rejiminin bərqərar olması istiqamətində uğurlu addımların atılması otuz ilə yaxın bir müddətdə davam etmiş və artıq tarixə qovuşan münaqişənin yaratdığı problemlərin aradan qaldırılmasını əhəmiyyətli dərəcədə aktuallaşdırır. Bu sırada keçid dövrü üçün ədalət mühakiməsinin həyata keçirilməsi, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, minalanmış əraz
"Azərbaycan tərəfindən sülh gündəliyinin müvəffəqiyyətlə həyata keçirilməsi, Cənubi Qafqazda sülhün və təhlükəsizlik rejiminin bərqərar olması istiqamətində uğurlu addımların atılması otuz ilə yaxın bir müddətdə davam etmiş və artıq tarixə qovuşan münaqişənin yaratdığı problemlərin aradan qaldırılmasını əhəmiyyətli dərəcədə aktuallaşdırır. Bu sırada keçid dövrü üçün ədalət mühakiməsinin həyata keçirilməsi, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, minalanmış ərazilərin təmizlənməsi xüsusi olaraq qeyd edilməlidir".
Bu sözləri Gundem.today-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov deyib.
O bildirib ki, Ermənistan beynəlxalq humanitar hüququn bünövrəsini təşkil edən 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyasını və onların 7 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunu ratifikasiya edib və bu beynəlxalq müqavilələrə əməl olunması Ermənistanın hüquqi öhdəliyidir:
"Bu sırada uzun müddət həllini gözləyən məsələlərdən biri qeyd olunduğu kimi, itkin düşmüş şəxslərlə bağlı problemə aydınlıq gətirilməsidir. Ermənistanın ərazi iddialarından qaynaqlanan hərbi təcavüzü nəticəsində 3 983 Azərbaycan vətəndaşı itkin düşüb. Birinci Qarabağ müharibəsi zamanı 3 977 nəfər, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı isə altı nəfər itkin düşüb. Bunlardan 3 209-u hərbçi, 774-ü isə mülki şəxsdir. İtkin düşənlərdən 3 698-i kişi, 285-i isə qadındır. Rəsmi məlumatlara görə, 688 itkin düşmüş şəxsə məxsus olduğu ehtimal edilən cəsədlərin qalıqları aşkar edilib. Təəssüf ki, qarşı tərəf beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə riayət etmir. Məsələnin əhəmiyyəti müxtəlif beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq vurğulanır. BMT Baş Assambleyasının 17 dekabr 2024-cü il tarixli qətnaməsində qeyd olunub ki, beynəlxalq silahlı münaqişələrlə əlaqədar itkin düşmüş şəxslərin, xüsusən də beynəlxalq humanitar və insan hüquqlarının pozuntusu qurbanlarının məsələsi həmin münaqişələrə son qoymaq, sülh və barışığı təşviq etmək səylərinə mənfi təsir göstərməyə davam edir.
"Digər bir problem minalanmış ərazilərlə bağlıdır. Üzləşdiyimiz humanitar fəlakət miqyaslı təhdidin qarşısının alınması, minalarla çirklənmənin ətraf mühitə təsirinin azaldılması üçün ən səmərəli vasitələrdən biri də beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların dəstəyinin və maliyyə resurslarının səfərbər olunmasıdır. Bu fəaliyyətin əsas hədəfi vətəndaşlarımızın həyatlarının qorunması və ətraf mühitin sağlamlaşdırılmasıdır. Şübhəsiz ki, minalar və digər partlayıcı qurğular ilk növbədə mülki əhalinin təhlükəsizliyinə qarşı yönələn ən kəskin problemdir. İkinci Qarabağ müharibəsinin başa çatmasından bu günədək 261 mina partlayışı nəticəsində 423 şəxs zərər çəkib, onlardan 73-ü həlak olub, 350 nəfər ağır yaralanıb. Ümumilikdə isə işğal dövrünün statistikası göstərir ki, mina qurbanlarının sayı 3 435 nəfərdir. Ermənistan tərəfindən dürüst mina xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi minatəmizləmə işlərini həddindən artıq çətinləşdirərək, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına ciddi maneələr yaradır", - deputat vurğulayıb.
Onun sözlərinə görə, müharibələr və müxtəlif silahlı münaqişələr bitdikdən sonra onların fəsadlarının və yaratdıqları təhlükələrin aradan qaldırılması ən mühüm vəzifələrdən biridir:
"Ancaq çox təəssüf ki, Ermənistan bu əhəmiyyətli məsələdə, həmişə olduğu kimi, məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranış sərgiləyir. Nəzərə almaq lazımdır ki, minaların geniş miqyasda yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-ci ildə BMT çərçivəsində "Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında" Konvensiya (1, 2 və 3 saylı Protokollar daxil olmaqla) və 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində "Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında" Konvensiya qəbul olunub. Birinci Konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minib və onun 125 iştirakçısı var, ikinci Konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib və hazırda bu beynəlxalq sənədin iştirakçı dövlətlərinin sayı 164-ə çatıb. Ermənistan bu Konvensiyaları imzalamayıb ratifikasiya etməsə də, hətta bu mühüm müqavilələrin iştirakçısı olmayan dövlətlər qeyd edilən hər iki konvensiyanın beynəlxalq hüquqa əsaslanmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidirlər.
"Ümumiyyətlə, silahlı münaqişələr hüququnda minaların istifadəsinin məhdudlaşdırılması beynəlxalq adət hüququ norması statusunu əldə edən bir neçə mühüm prinsipdən irəli gəlir. Birincisi, fərqləndirmə prinsipidir. Yaxşı məlumdur ki, beynəlxalq humanitar hüququn təməlində mülki şəxslərlə kombatantların (münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan şəxsi heyət) fərqləndirilməsi durur. 12 avqust 1949-cu il tarixli Cenevrə Konv
Oxşar Xəbərlər
SiyasətQazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb
"Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı son bir il ərzində demək olar ki, iki dəfə artıb".
SiyasətBotaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir"
"Qazaxıstan əcnəbi, o cümlədən azərbaycanlı tələbələrin cəlb edilməsi üzrə səylərini fəallaşdırır".
SiyasətÇili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır"
"Çili Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır, bu, 2026-cı il üçün əsas məqsəddir".
SiyasətYuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib.