
Bakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU
Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.
Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalKeçmiş məhkum külli miqdarda narkotiklə ƏLƏ KEÇDİ - VİDEO
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə saxlanılıb.
KriminalAzərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU
Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib.
KriminalNarkotikin təsiri altında avtomobil idarə edənlər SAXLANILDILAR - FOTO
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər - İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.
Kriminalİmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı
İmişlidə 15 yaşlı qızın meyiti tapılıb.