
İrandan Azərbaycana indiyədək 3 439 nəfər təxliyə olunub - FOTO
İrandan fevralın 28-də saat 08:00-dan aprelin 11-də saat 10:00-dək Azərbaycana ümumilikdə 3 439 nəfər təxliyə olunub.
İrandan fevralın 28-də saat 08:00-dan aprelin 11-də saat 10:00-dək Azərbaycana ümumilikdə 3 439 nəfər təxliyə olunub.
Gundem.today "Report"a istinadla xəbər verir ki, təxliyə olunanların 612 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda, Çinin 735, Rusiyanın 374, Hindistanın 284, Banqladeşin 198, Tacikistanın 192, Pakistanın 151, İranın 136, Omanın 84, İndoneziyanın 68, Əlcəzairin 57, İtaliyanın 46, Almaniya və Kanadanın hər birinin 27, İspaniyanın 26, Fransa 25, Gürcüstan 21, Səudiyyə Ərəbistanı və Yaponiyanın hər birinin 18, Özbəkistan və ABŞ-nin hər birinin 17, Bəhreynin 16, Polşa və İsveçrənin hər birinin 14, Nigeriya, Qazaxıstan və Belarusun hər birinin 13, Macarıstanın 12, Meksikanın 11, Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikasının hər birinin 10, Braziliyanın 9, Sudanın və Venesuelanın hər birinin 8, Finlandiya, Qırğızıstan, Rumıniya, Çexiya, Avstraliya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.
Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstriya, Yunanıstan və Vyetnamın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hər birinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin üç, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Uruqvay və Sloveniyanın hər birinin iki vətəndaşı var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin bir vətəndaşı təxliyə olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksəkvəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Aprelin 8-də isə İranla ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətFərhad Məmmədov: "Sülh Körpüsü" Bakı və İrəvanın vətəndaş cəmiyyətlərinə birbaşa ünsiyyət qurmağa imkan verir" - FOTO
"Sülh Körpüsü" təşəbbüsünün özəlliyi ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri vasitəçilər olmadan ünsiyyət qurmaq imkanına malikdirlər".
SiyasətHikmət Hacıyev "Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşdən paylaşım etdi - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə baş tutan ikitərəfli görüşlə bağlı paylaşım edib.
SiyasətHikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb - FOTO
Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.
SiyasətAzərbaycandan Ermənistana 15 vaqon dizel göndərilir
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək.