Son dəqiqə
Uğursuz Pakistan və Macarıstan səfərləri Vensi hədəfə gətirdiMaliyyə Monitorinqi Xidmətində kadr dəyişikliyi: Sədrin müşaviri işdən çıxarıldı - ÖZƏLSadettin Sarandan "Fənərbağça" futbolçularına çempionluq yolunda MİLYONLUQ VƏD"Haber Global": Konyada hərbi təlimə Azərbaycan iki "Su-25" döyüş təyyarəsi ilə qatılıb - VİDEOİtaliya İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırdıQubanın daha bir kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda AQEM Qadınlar Şurasının ilk iclası olub
Bakıda AQEM Qadınlar Şurasının ilk iclası olub
Cəmiyyət

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası olub

Bu gün
16:51
0 baxış
Paylaş:

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib.

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib.

Gundem.today xəbər verir ki, iclasda üzv dövlətlərin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuranın əhəmiyyətindən və məqsədlərindən danışıb:

"Konfrans dialoq, təcrübə mübadiləsi və birgə qərarların hazırlanması üçün effektiv platforma olacaq bu məsləhətçi orqanın yaradılması üçün möhkəm zəmin formalaşdırdı. Əminik ki, bu yanaşmalar və təkliflər gələcək fəaliyyətimiz üçün etibarlı dayaq olacaq və konkret, real nəticələr əldə etməyə imkan verəcək. Bu iclas əməkdaşlığımızın inkişafında yeni bir səhifə açır. Azərbaycan Sədrliyinin Müşavirənin institusional inkişafı üzrə prioritetləri çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü sədrliyin ilk mərhələsində irəli sürülmüş və iştirakçı dövlətlər tərəfindən geniş, səmimi dəstək qazanıb. Ötən il aparılmış birgə səylər və konstruktiv dialoq nəticəsində müvafiq Əsasnamə qəbul edilmiş, bu isə gender siyasəti sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açıb".

AQEM-in Baş katibi Kayrat Sarıbay isə çıxışında Şuranın məqsədlərindən danışıb. Bildirib ki, qadınların rolu hər sahədə gücləndirilməlidir. Baş katib Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirib və buna görə də rəsmi Bakıya təşəkkür edib. K.Sarıbay əlavə edib ki, Azərbaycanın sədrliyi və təşəbbüsü ilə daha uğurlu nəticələr əldə olunacaq.

Daha sonra isə üzv dövlətlərin nümayəndələri milli bəyanatlarını səsləndiriblər.

Yekunda isə Şuranın tövsiyə sənədi səsə qoyularaq qəbul edilib.

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib.

O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.

Komitə sədri qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata, xüsusilə süni intellekt sahəsinə cəlb olunmaları dayanıqlı inkişaf baxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdə birbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfə verir.

"Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər nümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatında və digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onların liderlik potensialının gücləndirilməsi və tətbiq olunan siyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin onların regional və beynəlxalq platformalarda fəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır. Qadınların səlahiyyətləndirilməsini real təcrübəyə və konkret nəticələrə çevirmək əsas hədəflərdən biri olmalıdır. Artıq güclü təşəbbüsləri və həyata keçirilən fəaliyyətləri praktik müstəviyə keçirməyin vaxtıdır", - deyə komitə sədri vurğulayıb.

Açılış mərasimində çıxış edən Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.

Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib:

"Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oyandıqlarını göstərir".

O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur.

"AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür", - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə beynəlxalq və regional təşkilatların qadınların səlahiyyətlərinin artırılması istiqamətindəki qlobal səylərdə mühüm tərəfdaşlar olduqlarını deyib. Baş katib diqqətə çatdırıb ki, onlar bu prosesdən kənarda qala bilməzlər. AQEM də daxil olmaqla, çoxtərəfli platformalar normaların formalaşmasına kömək edir, dialoqu asanlaşdırır və üzv dövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şərait yaradır.

Kayrat Sarıbay qeyd edib ki, etimadın güclləndirilməsi, iqtisadi artım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövləti birləşdirir. Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkil edən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika və sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir. Son onilli

#Cəmiyyət#Asiyada_Qarşılıqlı_Fəaliyyət_və_Etimad_Tədbirləri_üzrə_Müşavirə_(AQEM)#Bahar_Muradova#Ailə#Qadın_və_Uşaq_Problemləri_üzrə_Dövlət_Komitəsi

Oxşar Xəbərlər

Maliyyə Monitorinqi Xidmətində kadr dəyişikliyi: Sədrin müşaviri işdən çıxarıldı - ÖZƏLCəmiyyət

Maliyyə Monitorinqi Xidmətində kadr dəyişikliyi: Sədrin müşaviri işdən çıxarıldı - ÖZƏL

Maliyyə Monitorinqi Xidmətinin vəzifəli şəxsi işdən çıxarılıb.

Bu gün
17:120
Bakıda taksi sürücüsünə qanuni dayanacaqda CƏRİMƏ YAZILIB - VİDEOCəmiyyət

Bakıda taksi sürücüsünə qanuni dayanacaqda CƏRİMƏ YAZILIB - VİDEO

Bakı şəhərində taksi dayanacağında avtomobili saxladığı üçün cərimə olunan sürücü narazılığını bildirib.

Bu gün
16:560
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olunduCəmiyyət

Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib.

Bu gün
16:440
Ağstafa çayından sel keçib, rayon mərkəzi ilə əlaqə çətinləşib - FOTOCəmiyyət

Ağstafa çayından sel keçib, rayon mərkəzi ilə əlaqə çətinləşib - FOTO

Ağstafa çayından sel keçib.

Bu gün
16:360