
"Haber Global": Konyada hərbi təlimə Azərbaycan iki "Su-25" döyüş təyyarəsi ilə qatılıb - VİDEO
Türkiyənin Konya şəhərində Azərbaycan hərbçilərinin də qatıldığı "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Türkiyənin Konya şəhərində Azərbaycan hərbçilərinin də qatıldığı "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Gundem.today xəbər verir ki, "Haber Global" telekanalı təlimlə bağlı süjet hazırlayıb.
Qeyd olunub ki, təlimdə Türkiyə, Azərbaycan, ABŞ, Polşa və Slovakiyanın ümumilikdə 519 hərbçisi iştirak edir.
Reportajda bildirilib ki, təlimə Azərbaycan iki "Su-25" döyüş təyyarəsi ilə qatılıb.
Təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmini və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.
Aprelin 17-nə qədər davam edəcək beynəlxalq təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ və İsraillə münaqişə fonunda həmrəyliyə görə Azərbaycana təşəkkür edib
İran ABŞ və İsraillə münaqişə fonunda göstərilən həmrəyliyə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü bildirib.
DünyaFransada korrupsiya qalmaqalı: Polis Yelisey sarayında axtarış apardı
Fransa məhkəmə polisinin maliyyə bölməsinin əməkdaşları Yelisey sarayında axtarış aparıblar.
DünyaABŞ aviadaşıyıcısı husilərə görə Ərəb dənizinə yolunu uzatmalı olub
ABŞ-nin "George Bush" aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Ərəb dənizinə gedərkən husilərin mümkün hücumlarından yayınmaq üçün Aralıq və Qırmızı dənizlərdən keçən qısa marşrutdan istifadə etməyib. Bunun əvəzinə gəmilər Afrikanın cənubundan dolanaraq alternativ marşrutla hərəkət edir.
Dünyaİspaniya miqrantlarla bağlı leqallaşdırma prosesinə başlayır
İspaniya Nazirlər Şurası ölkədə olan minlərlə miqrantın yaşamasının qanuniləşdirilməsinə yönəlmiş fərmanı təsdiqləyib.