
Bakıda avtomobil ehtiyat hissələri mağazasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar
Avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan oğurluq edilməsinin qarşısı alınıb.
Avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan oğurluq edilməsinin qarşısı alınıb.
Gundem.today-ın məlumatına görə, paytaxtın Nizami rayonunda yerləşən avtomobil ehtiyat hissələrinin satıldığı mağazaların birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.
Aprelin 10-u saat 02:26-da xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Əraziyə gələn Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirən zaman şübhəli şəxslərin obyektin pəncərəsindən tullanaraq qaçmağa cəhd göstərdiklərini aşkar ediblər.
Onlar polis əməkdaşlarının çevikliyi nəticəsində saxlanılıblar. Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxslərin 24 yaşlı H.Musayev və 22 yaşlı Ü.Əlizadə olduqları müəyyən edilib.
Ərazi üzrə müvafiq polis şöbəsinə təhvil verilən həmin şəxslərin digər analoji cinayətlər törədib-törətmədiklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda marketlərdən oğurluq edən beş nəfər saxlanılıb
Bakıda marketlərdən oğurluq edən beş nəfər saxlanılıb.
KriminalTərtərdə törədilmiş qətlin səbəbi məlum olub - TƏFƏRRÜAT
Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.
KriminalTərtərdə bıçaqlanan 27 yaşlı kişi ölüb
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
KriminalTapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.