
Tərtərdə törədilmiş qətlin səbəbi məlum olub - TƏFƏRRÜAT
Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.
Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişənin davamı kimi baş verib.
Belə ki, bir il əvvəl baş verən insident zamanı, 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetiribmiş.
Ötən gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda marketlərdən oğurluq edən beş nəfər saxlanılıb
Bakıda marketlərdən oğurluq edən beş nəfər saxlanılıb.
KriminalBakıda avtomobil ehtiyat hissələri mağazasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar
Avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan oğurluq edilməsinin qarşısı alınıb.
KriminalTərtərdə bıçaqlanan 27 yaşlı kişi ölüb
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
KriminalTapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.