
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər - VİDEO
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs ediliblər.
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs ediliblər.
Gundem.today-ın məlumatına görə, paytaxt ərazisində ictimai asayişi nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən şəxslər Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Profilaktik tədbirlər zamanı müəyyən edilib ki, 25 yaşlı Anar Həmidov və 23 yaşlı Rəşad Mahmudov avtomobillərini dövlət qeydiyyat nişanı olmadan təhlükəli şəkildə idarə ediblər. Onlar bu hərəkətləri ilə digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaradıb və həmin görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Həmin şəxslər barəsində inzibati protokollar tərtib olunaraq toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən A.Həmidov və R.Mahmudov 20 sutka müddətinə inzibati qaydada həbs olunublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGədəbəydə xəstəxanada həyatını itirən körpənin ölüm SƏBƏBİ AÇIQLANDI
Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngnəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
HadisəÖzünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanıldı
Bakıda özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.
HadisəGədəbəydə körpə qızdırmadan ölüb
Gədəbəydə xəstəxanada körpə ölümü qeydə alınıb.
Hadisə39 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI: Qonşu qonaq otağında meyiti ilə qarşılaşıb
Şamaxıda 39 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.