Son dəqiqə
Səkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? - VİDEOTƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEOTürkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEOAleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı - FOTORusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Madaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdi
Madaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdi
Dünya

Madaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdi

Bu gün
18:04
0 baxış
Paylaş:

Madaqaskar Prezidenti Mikael Randrianirina və onun həyat yoldaşına sui-qəsd cəhdi olub.

Madaqaskar Prezidenti Mikael Randrianirina və onun həyat yoldaşına sui-qəsd cəhdi olub.

Gundem.today "L'Express de Madagascar" qəzetinə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Harri Loran Rahadzason məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında beş dron prezidentin iqamətgahı üzərində uçuşlar həyata keçirib. Dövlət başçısının təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra PUA-lar ərazidən uzaqlaşdırılıb.

Madaqaskar rəsmisi hadisə ilə bağlı istintaqın başlandığını bəyan edib.

O qeyd edib ki, söhbət sursat daşıya bilən dronlardan deyil, yaşayış yerini və hər otaqdakı insanların sayını izləmək üçün infraqırmızı müşahidə vasitələri ilə təchiz olunmuş PUA-lardan gedir.

Administrasiya nümayəndəsinin fikrincə, baş verənlər Madaqaskar rəhbərliyinin ölkəyə yanacaq tədarükü mənbələrini şaxələndirmək niyyətindən narazı olan xarici qüvvələrin qorxutma cəhdindən irəli gələ bilər. O, həmçinin ölkənin kəşfiyyat xidmətlərinə müəyyən qüvvələrin aprelin 18-də parlament binasını yandırmaq niyyəti barədə məlumat daxil olduğunu bildirib.

Qeyd olunur ki, aprelin əvvəlində Madaqaskar hakimiyyəti 13 nəfəri dövlət çevrilişi planlaşdırmaqda və prezidentə sui-qəsd hazırlamaqda ittiham edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Madaqaskar#sui-qəsd_cəhdi#Mikael_Randrianirina#prezident_iqamətgahı#dronlar#PUA_uçuşları#xarici_qüvvələr#dövlət_çevrilişi#izləmə_aparatları#insident

Oxşar Xəbərlər

Türkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEODünya

Türkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEO

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb 20 nəfəri də də yaralayan İsa Aras Mersinlinin yeni görüntüləri yayılıb.

Bu gün
19:120
ABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"Dünya

ABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"

"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".

Bu gün
18:340
Almaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildiDünya

Almaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildi

Rusiya və Çinin mümkün casusluq fəaliyyətləri ilə əlaqədar olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin mərkəzi qərargahında şəxsi mobil telefonların istifadəsinə sərt məhdudiyyətlər tətbiq edib.

Bu gün
18:200
Kahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTODünya

Kahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTO

Kahramanmaraşda təhsil aldığı məktəbə silahlı hücum edərək qətliam törədən 14 yaşlı İsa Aras Mersinlinin ölüm səbəbi ilə bağlı yeni detallar məlum olub.

Bu gün
17:440